Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə192/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   188   189   190   191   192   193   194   195   ...   321
Фирузя Мяммядли 
əlaqədar sözlərin ən müxtəlif keyfiyyətlərini ifadə 
edir. Bu mənada iş prosesinin az-çoxluğu, vaxtı, 
yaxşı-pisliyi, hansı şəraitdə baş verməsi zərflərdə 
üzə çıxır. Belə ki, «Balaca ustalar həvəslə işləyirdi; 
maşinst qatarın sürətini yavaş-yavaş azaldırdı; o 
çox danışır, az işləyirdi; baramanı sabah təhvil 
verəcəklər»; və s. cümlələrdə – «həvəslə »işləyirdi; 
«çox» - danışır, «az» - işləyir; «sabah» - təhvil 
verəcəklər sözlərini müxtəlif cəhətlərdən izah edir. 
(yavaş-yavaş, həvəslə – tərz; çox, az – kəmiyyət; 
sabah – zaman). 
«Zərf» bəhsi ilə bağlı verilmiş yazılı və şifahi 
çalışmalar arasında 319, 325, 329, 335 nömrəli 
çalışmalar az-çox problemə yaxındır. 
Qrammatikanın 
«Morfologiya» 
bölməsi 
üçüncü sinfin son rübünə yaxın başa çatır. 
«Sintaksis» qrammatikada sözlərin məna və 
qrammatik cəhətdən birləşməsi qanunlarından bəhs 
edir. Cümlə haqqında uşaqların birinci və ikinci 
sinifdə qazandığı ibtidai təsəvvür üçüncü sinifdə bir 
qədər genişləndirilir. Burada ayrı-ayrı cümlə 
üzvləri, onların quruluşu haqqında bir qədər ətraflı 
bəhs olunur və nəzəri müddəaların əsaslandırdığı 
çalışmalarla müşayiət olunur. 
Cümlə və onun qrammatik xüsusiyyətləri 
haqqındakı 
biliklər 
şagirdlərin 
məntiqi 
təfəkkürünün inkişafına xidmət etməklə bərabər, 
onlara dilin sintaktik qanun və normaları dairəsində 
savadlı yazı və nitq vərdişləri aşılayır. Dərslikdə 


387 
Сечилмиш ясярляри 
lX 
gedən nəzəri və praktik materialların verdiyi 
imkanlar 
çərçivəsində 
uşaqların 
peşə 
təsəvvürlərinin inkişaf etdirilməsi üçün burada 
səmərəli iş aparmaq olar. 390, 391, 404, 414, 415, 
421, 425, 444, 449, 454 nömrəli çalışmalar 
məzmunca sənaye, kənd təsərrüfatı məhsulları 
istehsalı üzrə peşələrə dair məlumat vermək, 
şagirdləri ölkəmizin təbii sərvətlərinə, fauna və 
florasına, relyef xüsusiyyətlərinin qorunması 
zəruriyyətinə hörmət və məhəbbət ruhunda tərbiyə 
etmək üçün materialla zəngindir. 
Məsələn, cümlə haqqında ilkin təsəvvürə 
malik olan şagirdlərə 390 nömrəli çalışmada 
verilmiş cümlələri müəyyənləşdirib, sonunda nöqtə 
qoymaq və cümləni böyük hərflə başlamaq tələb 
olunur. Bu tələb əlbəttə, işin zahiri, formal 
cəhətidir. Burada mətnin məzmununun açıqlanması 
çox zəruridir. Şagirdlərə bədii parçadakı qartalın və 
ilanın ölkəmizin heyvanlar aləmində yeri, ilan 
zəhərinin tibbi-müalicəvi əhəmiyyəti barədə məlu-
mat vermək, bunların qorunması üçün görülən 
tədbirlər barədə danışmaq olar. Yeri gəlmişkən, 
uşaqlara «Qırmızı kitab» barəsində məlumat 
vermək və bunun dünya miqyaslı rolundan bəhs 
açmaq mümkündür. 
Bu qəbildən olan 404, 415 nömrəli 
çalışmaların icrasında da belə izahat işi tələb 
olunur. 


388 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin