381
Сечилмиш ясярляри
lX
yaranmaması, öz-özünə
uça və üzə bilməməsi
barədə assosiasiya yaradır. Uşaqlar insan əməyinin
nəyə qadir olması barədə yeni və bir qədər
mürəkkəb məlumatlara yiyələnirlər.
Beləliklə, feillər dil kateqoriyaları içərisində
insanı əməyə, zəhmətə birbaşa bağlayan ən zəngin
linqvistik amillərdir.
Kitabda feil kateqoriyalarından – feilin
zamanları və məsdər barəsində məlumat verilir.
Çox
təəssüf ki, hər bir zaman haqqında ayrılıqda
danışmaq və buna dair praktik materiallar vermək
əvəzinə, kitabda zamanlar və bunları möhkəmlədən
çalışmalar qarışıq şəkildə verilmişdir. Bu isə
qarmaqarışıq qavrama, əldə edilən nizamsız
bilikdən qeyri heç nə vəd etmir. Belə ki, şagird eyni
çalışmada həm keçmiş,
həm indiki və həm də gə-
ləcək zaman feillərinə dair nümunələr üzərində
işləməli olacaqdır.
Kitabda feilin zaman kateqoriyası ilə bağlı
verilən çalışmalar bizim problemə uyğun
məqsədyönlü materiala malikdir. Bununla belə,
müəllim şagirdlərə əlavə olaraq «Dünən
mən ana-
ma necə kömək etmişəm», «Biz məktəbyanı sahədə
nə edirik?!», «Mən də atam kimi mexanizator
olacağam» kimi mövzularda sadə mətnlər yazmağı
və hər bir mövzuda işlənəcək fellərin zamanını
müəyyənləşdirməyi tapşıra bilər.
Bu mənada, 371 nömrəli çalışmada verilən
mətnə (Mənim günüm) diqqət yetirmək maraqlıdır.