396
Фирузя Мяммядли
tapşırığı şəklində yazı işi: «baramaqurdu haqqında
bildikləriniz» mövzusunda şifahi sözbət apara bilər.
Nitq hissələrinin təkrarına
həsr olunmuş
bölmədə isim, sifət, say, əvəzlik və feillərə dair
qaydalar xatırladılmış və praktik cəhətdən nəzəri
müəddaların möhkəmləndirilməsinə,
həmçinin
tətbiqinə xidmət edən müxtəlif məzmunlu
çalışmalar verilmişdir.
Məlum olduğu kimi, nitq hissələri – oxşar
qrammatik əlamətlərinə
görə qruplaşan sözlərə
deyilir. Bu mənada əşyanın adını bildirən «isim»
mövzusunda qrammatik cəhətdən eynicinsli olan
müxtəlif adlar, o cümlədən peşə adlarının isim ka-
teqoriyaları çərçivəsində linqvistik xüsusiyyətləri
öyrənilirsə, bu adın (peşə adının) özü-öz mahiyyəti
barədə məlumat verilməsi zəruriyyətini yaratmış
olacaqdır. Əlamət və keyfiyyətin ifadəsinə xidmət
edən sifətlər həmin adların –
buraya təkcə peşə
adları deyil, həmçinin müxtəlif növlü sənaye və
kənd təsərrüfatı məhsullarının adları, istehsal
vasitələri və texniki alət adları da daxildir –
müxtəlif tərəflərdən zahiri və daxili imkanlarının
açılmasına, saylar kəmiyyət və sıra göstəricilərinin
müəyyənləşməsinə,
əvəzliklərin
mənsubiyyət
əlaqələrinin qurumuna və nəhayət feillər isə əmək
proseslərinin gedişatını izləməyə imkan verəcəkdir.
Elə buna görə də bu mövzuların
tədrisi və ya
təkrarı zamanı dərsliyin verdiyi çərçivədə
məhdudlaşıb qalmaq lazım deyildir. Müəllim