400
Фирузя Мяммядли
– Züleyxa xala işdən gəlib yuyundu. Şam
yeməyi hazırlamaq üçün mətbəxə keçdi. Yerişindən
hiss olunurdu ki, o çox yorğundur. Axı bütün günü
işdə – dəzgahın qarşısında ayaq üstə durmalı
olurdu. Bununla belə, o evdə yorğunluğunu heç
vaxt büruzə verməzdi. Anası bir söz deməsə də,
Nigar hiss edirdi ki, o çox yorulur. Buna görə də
anasına necə kömək edəcəyi barədə uzun müddət
düşünməli oldu.
Züleyxa xala mətbəxə girəndə təzə bişmiş
xörəyin ətri onu vurdu. Ana təəccüb içində peçə
yaxınlaşanda heyrətindən donub qaldı; peçin
üstündə bir dolu qazan yarpaq dolması vardı. O
geri çevriləndə qızının fərəhli baxışları ilə
qarşılaşdı...
«Söz
birləşmələri»
mövzusunun
möhkəmləndirilməsi
məqsədi
ilə
verilmiş
çalışmaların əksəriyyəti müxtəlif mənalı vahidlərin
əsas və asılı mövqelərdə işləndiklərini və ya işlənə
bilmə imkanlarını nümayiş etdirmək məqsədi
daşıdığından burada konkret peşə təsəvvürü ilə
bağlı mətnlər və sözlərə az yer verilmişdir.
İstehsal prosesləri və kənd təsərrüfatı
məhsullarının ad göstəriciləri 113 nömrəli
çalışmada söz birləşmələri
tərkibində əsas və ya
asılı söz mövqelərində işlənmişdir. Burada
«pambıq yığımı», «məhsulun daşınması», «yarışın
başlanması» kimi birləşmələr üzrə şagirdlərin
həmin məhsul haqqındakı biliyini genişləndirmək