Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə196/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   192   193   194   195   196   197   198   199   ...   321
Сечилмиш ясярляри 
lX 
Çalışmanın mətnindən göründüyü kimi, burada pe-
şələrin açımı verilmişdir. İzahat mahiyyətində 
verilmiş bu ifadələrin daşıyıcıları – adları 
tapılmalıdır. Məsələn, «traktor sürən» sözünün 
«traktorçu»nun açıqlanması olduğunu şagird 
bilməlidir. Eləcə də «kolkozun üzvü» - «kolkozçu», 
«qayıq sürən» - «qayıqçı», «kitabxana işçisi» - 
«kitabxanaçı», «ovla məşğul olan adam» - «ovçu» 
və s. kimi ifadələrin leksik işarələri müxtəlif peşə 
adları olduğundan, bu peşələrə dair informasiyanın 
genişləndirilməsinə o qədər də ehtiyac duyulmur. 
«Söz köklərində samitlərin işlənilməsi»nə 
dair verilmiş çalışmalardan 20, 21, 23 nömrəli 
çalışmalar kənd təsərrüfatı məhsulları, istehsal 
prosesləri və əmək alətlərinə dair ən müxtəlif 
məlumatlarla zəngindir. Belə ki, istehsal prosesi ilə 
bağlı «briqadanın müvəffəqiyyəti», «bitkilərə 
qulluq», kənd təsərrüfatı məhsulları olan «pomidor 
şitili», «sarı sünbüllər» kimi ifadələrin yazılışı və 
məna açımı istiqamətində təhlil şagirdlərə bu ba-
rədə aşağı siniflərdə eşidib-bildiklərini, həyatda 
görüb müşahidə etdiklərini xatırlatma yolu ilə 
aparıla bilər. 
23 nömrəli çalışmada verilmiş «çiyid səpini», 
«şabalıd meşəsi», «həyət qapısı», «istirahət 
zonası», «almaz mədəni», «gilas ağacı», «nəbatat 
bağı», «sement zavodu», «təzə noxud» kimi 
sintaktik birləşmələrin düzgün yazılış qaydaları 
üzrə dərsin əsas məqsədi ödənildikdən sonra qalan 


394 
Фирузя Мяммядли 
bir neçə dəqiqəlik vaxtdan şagirdlərin peşə 
təsəvvürlərini zənginləşdirmək üçün səmərəli 
istifadə etmək olar. Belə ki, müəllim hər bir 
ifadənin 
informasiya 
imkanlarını 
düzgün 
qiymətləndirməklə, şagirdlərə göstəriş verə bilər ki, 
bu mövzuda («həyət qapısı», «gilas ağacı», 
«sement zavodu» və s.) görüb-bildiklərini, 
eşitdiklərini və təsəvvür etdiklərini bir neçə cümlə 
ilə ayrıca dəftərə yazsınlar. Ola bilər ki, 
şagirdlərdən bəzisinin valideynləri məhz bu sahədə 
əmək fəaliyyəti göstərir. Belə olan surətdə şagird 
valideyninin fəaliyyəti barədə bildiklərini yazsın.
Tapşırığa əməl olunduqdan sonra nəticəni kollektiv 
şəkildə oxuyub müzakirə etmək faydalıdır. Vaxt 
imkan 
verməzsə, 
belə 
müzakirələri 
əlavə 
məşğələlərə keçirmək olar. Nümunə olaraq, bu 
istiqamətdə aparılası işin qısa planını veririk: 
«Təzə noxud» 
1. Noxud – kənd təsərrüfatı bitkisi kimi. 
2. 
Noxudun 
əkilib-becərilməsinə 
dair 
bildiklərin. 
3. Noxud məhsulları barədə. 
4. Sizin bostanınızda (kəndinizdə, məktəbyanı 
sahənizdə) noxud əkilirmi? 
5. Noxud hansı xörəklərdə işlənir? 
Yaxud: 
«Almaz mədəni» 
1. Almaz – sənaye məhsulu kimi. 
2. Almazdan neçə məqsədə istifadə edilir? 


395 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin