408
Фирузя Мяммядли
aləmində», «Canlı təbiət», «Uşaqlara
heyvanlar
haqqında» verilişləri barədə imkan dairəsində
söhbət açmaq, uşaqları maraqlandıra biləcək məsə-
lələrə diqqəti cəlb etmək olar. Söz yox ki, bu
sahədə
peşəyönümü
işi
aparmaq
üçün
təbiətşünaslıq dərslərinin imkanları daha genişdir.
Lakin Azərbaycan
dili dərsində də məhz bu
məsələlərin qoyuluşu və aşılanma istiqaməti
fənlərarası əlaqəni möhkəmləndirməklə,
həm də
tədrisdə vahidlik prinsipinin gözlənilməsinə kömək
edər.
Cümlənin ikinci dərəcəli üzvləri tamamlıq,
təyin və zərflikdən ibarət olub, baş üzvləri bu və ya
başqa cəhətdən izah edir: tamamlıq kimi? Nəyi?
Nəyə? Kimdə? Nədə? Kimdən? Nədən? Kim ilə?
Nə ilə? suallarına cavab verir. Tamamlıq mövzusu
üzrə verilmiş çalışmalar məzmunca peşəyönümü və
ya peşə təsəvvürü aşılama imkanına malik
olmadığından arada fasiləyə və ya qırıqlığa yol
verməmək üçün müəllim bu mövzunun tədrisi
zamanı şagirdlərə xalq təsərrüfatının hər hansı bir
sahəsinə dair mətn yazdırıb
orada işlənmiş
tamamlıqları tapdıra bilər: bədii mətn olmaya da
bilər. Nümunə üçün aşağıda heyvandarlıq
təsərrüfatına dair bir parça veririk:
«Kəndimizin yaxınlığında böyük bir sahədə
maldarlıq ferması yerləşir.
Orada çoxlu inək və
camış
saxlayırlar.
Biz
məktəblilər
boş
vaxtlarımızda ferma işçilərinə kömək etməyə ge-