412
Фирузя Мяммядли
məqsədimizə müvafiq sözlərə təsadüf etmədik. 170
və 171 nömrəli çalışmalarda «motor», «tramvay»,
«mişar», «şlüz», «pomidor», «kəlbətin», «palıd»,
«banka», «pambıq», «çəkic», «aqronom» kimi
sənaye, kənd təsərrüfatı məhsulları,
alət və
avadanlıqları, istehsal vasitələri və peşə adlarının
düzgün yazılışı tələb olunur. Çalışmanın icrasından
sonra müəllimin bu sözlərə dair geniş izahına
ehtiyac vardır. Burada ətraflı şərh olunmağa
ehtiyacı olan sözlərdən biri də «aqronom» sözüdür.
Müəllim bu sözün mənasının izahından sonra
aqnoromluq
peşəsinin
zəruriliyi,
kənd
təsərrüfatının, bağçılığın inkişafında
bu peşənin
rolu barədə söhbət apara bilər. Uşaqlara başa sal-
maq lazımdır ki, aqronomluq peşəsi dərin və qədim
köklərə, böyük və tarixi əhəmiyyəti olan ənənələrə
malikdir. Hələ lap qədimlərdə bu peşə
bağbanlıq
adı ilə məşhur idi. Lap qədimlərdə ölkələr öz adlı-
sanlı, bacarıqlı, şöhrətli bağbanları
ilə fəxr edər,
onların yetişdirdiyi bağ və bostan məhsulları ilə
başqa ölkələr qarşısında öyünərdilər. Bağbanlar
təbiətin, bağ-bağatın, bostan və tərəvəzin həkimləri
idilər. Ana öz körpəsinə bələd olan kimi, bağbanlar
da təbiətə, bağ-bağçaya,
meyvə-tərəvəzə bələd
idilər. Elm və texnika inkişaf etdikcə bağçılığa
bağlı
kəşflər
çoxaldıqca
bağbanlığın
–
aqronomluğun ən müxtəlif istiqamətləri yarandı,
təhsilli bağbanlar – aqronomlar öz işlərində elmə,
texniki nailiyyətlərə əsaslandılar. İndi ölkəmizdə