418
Фирузя Мяммядли
olduğunu, qədim dövrlərdə ulu nənələrimizin
işlətdiyi bu məişət avadanlığının uzun və şərəfli bir
yol keçdiyini görərik.
Bu gün əyiricilik işi yüksək dərəcədə
mexanikləşdirilmişdir. İndi bu iş maşınlarla
görülür. Xüsusi dəzgahlar bir dəqiqə içərisində
minlərlə metr sap əyirir. Bir adam bir neçə dəzgahı
eyni vaxtda idarə edir. Ölkəmizdə adlı-sanlı
əyiricilər çoxdur. Onlar
barədə radio-televiziya və
mətbuat daim maraqlı məlumatlar verir, verilişlər
hazırlayır. Əyiricilik peşəsinin bugünkü texniki
səviyyəsi bu sahədə xüsusi təhsilə malik olmağı
tələb edir. Elə buna görə də bir sıra peşə
məktəblərində gənclərə əyirici peşəsi böyük
müvəffəqiyyətlə öyrədilir.
Mantyor – işıqçəkən peşəsi barəsində:
Yəqin fikir vermisiniz:
axşamüstü, hava
toranlıqlaşandan sonra kimsə əlini uzadıb, elektrik
lampasını yandırır. Əgər evdə ağsaqqal, ağbirçək
varsa, dərhal belə deyəcək: «Ömrünüz işıqlı
olsun!» Görün nə gözəl,
nə yüksək, nə ülvi bir
diləkdir!.. Ömrün işıqlı olması – hər şeydən əvvəl
insanın can sağlığına, işıqlı dünyanı, ətraf aləmi,
ata-ananı, bacı-qardaşı, dost-tanışı, yaxınları –
əzizləri,
nəhayət,
hardasa
səni
gözləyən
yaxalamağa çalışan təhlükəni görmək imkanıdır.
İşıqlı ömür – gözün nuruna, sağlamlığına işarədir.
Daha
sonra gözəl, firavan və əmin-amanlıq
şəraitində keçən həyata, sürülən ömrə işarədir. İşıq