Сечилмиш ясярляри
lX
aparır, yaxud onların arzu etdiyi nəyisə bir an
içində uzaq ölkələrdən gətirib onlara yetirirlər.
Məgər yüzlərlə kilometrlik yolu günlər, həftələr
deyil, saatlar ərzində qət edən adamları bir vaxt
araba ilə bir həftəyə başa vurulası mənzilə ani bir
vaxt ərzində yetirən şəxslər – sürücülər bugünün
simurqları, Xızırları deyilmi?! Belə bir peşəni
sevməyən, buna yiyələnmək istəməyən adam təsəv-
vür etmək mümkün deyildir. Elə buna görə də
ölkəmizdə bu peşəni öyrətmək üçün çoxlu
miqdarda texniki peşə məktəbləri, texnikumlar, ali
texniki məktəblər vardır.»
Dərslikdə
«Qoşasaitli
sözlərin
yazılışı
mövzusu üzrə verilmiş 238 və 241 nömrəli
çalışmalardakı «inşaatçı» sözünün məna açımı
istiqamətində peşəyönümü işi aparmaq olar. «İnşa-
atçı» peşəsi barədə yuxarıda qısa da olsa, məlumat
vermişik. Bu məlumatı uşaqların hafizəsində
oyatmaq üçün onlara belə suallarla müraciət etmək
olar?
1. Kimlərə inşaatçı deyirik?
2. İnşaat işinə nə kimi tikililər daxildir?
3. İnşaatçı olmaq üçün harda oxumaq olar?
4. Hansınızın valideyni inşaat işində işləyir?
Axırıncı suala müsbət cavab verən şagirdə
tapşırmaq olar ki, atasından öz işinin xarakteri
barədə danışmağı xahiş etsin. O isə atasının
danışdıqlarına dair bir səhifəlik yazı yazsın. (Ba-
carırsa, kiçik hekayə şəklində)
422
Фирузя Мяммядли
241 nömrəli çalışmada verilmiş «Uşaqlar
radioda dəniz neftçilərinin həyatına aid söhbətə
qulaq asdılar» cümləsindəki «neftçi» sözünün məna
açımı uşaqlara çatdırıldıqdan sonra ölkəmizin neft
sənayesi, bu sahədə respublikamızın mövqeyi, nef-
tin böyük sənaye və təsərrüfat əhəmiyyəti, Böyük
Vətən müharibəsi illərində Bakı neftinə uzanmaq
istəyən yırtıcı əllər, Bakı neftinin tarixi
qələbəmizdəki rolu, vətənin xilası naminə orada
gecə-gündüz işləyib, alın təri axıdan qəhrəman
neftçilərimiz, ailəliklə neftçıxarma sahəsində
işləyən
neftçi
sülalələri,
Sosialist
Əməyi
Qəhrəmanları, vaxtilə dünyanın səkkizinci mö-
cüzəsi kimi qarşılanmış dəniz şəhəri – Neft daşları
və s. barədə ətraflı məlumat vermək, neftçi olmaq
üçün neft texnikumu, texniki peşə məktəbi, neft
sənayesi sahəsində yüksək ixtisas qazanmaq üçün
institut – Neft və Kimya institutunun mövcudluğu
haqqında danışmaq olar.
«Samit səslərin növləri» mövzusu üzrə
verilmiş 246 nömrəli çalışmada təklif olunur ki,
şagirdlər bildikləri nəqliyyat vasitələrinin adlarını
yazıb, oradakı samit səsləri təhlil eləsinlər. Buryaya
əlbəttə ki, kənd təsərrüfatı maşınları – traktor, kom-
bayn, kultivator və s. əlavə etmək və bunlardakı
samit səslərin təhlilindən sonra bu maşınlardan
istifadə
sahəsi,
həmçinin
«traktorçu»,
«kombaynçı», «mexanizator» peşələri barədə da-
nışmaq olar.
|