Сечилмиш ясярляри
lX
isə hər yerə – evlərə, küçələrə, idarə və
müəssisələrə, uşaq bağçalarına və məktəblərə
işıqçəkən əli ilə, mantyor barmaqlarının sehri ilə
yol açır. Görün mantyorluq nə qədər işıqlı bir
peşədir. Bir evə işıq çəkilir – ona deyirlər: «Ömrün
işıqlı olsun!» Yüz evə işıq süzülür; yüz ağızdan bir
ünvana dilək eşidilir: «Ömrü işıqlı olsun!»
Bu peşə böyük ustalıq, bacarıq, qabiliyyət,
son dərəcə həssaslıq tələb edən, başqasının həyatını
işıqlandırmaq naminə, hətta fədakarlığa belə aparan
bir sənətdir. Buna görə də mantyorluq peşəsinin
sirlərini dərindən öyrənmək, bu peşəyə yiyələnmək
üçün xüsusi təhsil müəssisələri – peşə məktəbləri,
texnikumlar vardır.
«Sürücü» peşəsi barədə:
«Vaxt var idi – insanlar uzaq-uzaq ölkələrə,
iqlim-iqlim məkanlara səfərə çıxır və buna aylarla,
bəzən illərlə vaxt sərf edirdi. Əgər yadınızdadırsa,
bizim nağıllarımızın çoxunda belədir: nağıl
qəhrəmanları – cavan oğlanlar, ağsaqqal kişilər,
dərvişlər üç ilin, yeddi ilin, doqquz ilin səfərinə
çıxır, vədə tamam olana ancaq qayıdıb gələ
bilirdilər. Uzaq səfərlərə sərf olunan ömür-gün ulu
babaları səbirli, təmkinli və tədbirli etmişdi. Çünki,
fərqi yoxdur, tələsdin-tələsmədin, birdən-birə qırx,
əlli, yüz dəvə qoşulmuş ağır yüklü, ləng yerişli
karvanın, öz yürüşü var. Mənzil vardı ki, iki aya
gedilir, mənzil vardı ki, iki ilə də başa çatmırdı.
Bəli, keçmişdə, lap qədim dövrlərdə insanlar bir
420
Фирузя Мяммядли
yerdən başqa yerə gedərkən, minik kimi atdan, də-
vədən, öküzdən, eşşəkdən istifadə etmiş, iri
dənizləri, çayları, gölləri qayıqla, yelkənli gəmilərlə
üzüb keçmişlər. Kütləvi yürüşlərdə, köç zamanı
istifadə olunan at arabasının da, öküz arabasının da,
karvana qoşulan dəvələrin də, qayığın da, yelkənli
gəminin də sürücüsü olmuş, kimsə adamları bir
yerdən başqa yerə aparmaq kimi məsuliyyətli, bir
çox hallarda isə təhlükəli bir işin ağırlığını
çiyinlərində daşımışdır. Görürsünüzmü, sürücülük
hardan başlayan, necə qədim bir peşədir! Bu gün
biz sürücü deyəndə avtomobil sürücüsü, qatar
sürücüsü, təyyarə sürücüsü və s. başa düşürük. Elm
və texnikanın son nailiyyətlərindən yüksək sürət
götürmüş bu nəhəng, ecazkar maşınlar bir cüt
zəhmətkeş əlinin hökmünə tabe olur, bir cüt əlin
hökmü ilə hərəkət edirlər. Hələ görün bu əllərə nə
qədər insan həyatı tapşırılır. Bu əllər hər gün
minlərlə həyatın xilaskarına çevrilir, minlərlə
arzunu, istəyi, diləyi mənzilinə, məkanına
qovuşdurur. Lakin əllərin iradəsinə tabe olan bu
maşınlar sürücüdən bilik tələb edir. Maşınlar o
əllərə etibar olunur ki, onların özləri də peşəsini,
ixtisasını gözəl bilən bir beyinin, bir ağılın hökmü
ilə işləsin. Belə olanda sürücü sərnişinlərin,
sifarişçilərin əfsanəvi simurğuna çevrilir, müqəddəs
Xızırına dönür. Axı, nağıllarımızdakı simurq quşu
da, müdrik Xızır da insanları bir an içində, göz
yumub-açan saatda bir mənzildən başqa mənzilə
|