Сечилмиш ясярляри
lX
saysız-hesabsız adlı-sanlı aqronomlar fəaliyyət
göstərir. Onlar bizim sevdiyimiz meyvələrin,
tərəvəzin, gül-çiçəyin, bağ-bağatın, atmosferin
sanitarı olan yaşıllığın yetişdiricisi, keşiyində
duranı, qayğısını çəkə-çəkə qoruyub gələcəyə
ötürənidirlər. Ölkəmizdə bütün başqa peşələr kimi,
aqronomluq peşəsi də böyük diqqət və qayğı ilə
əhatə
olunmuşdur.
Bu
sahədə
kadrların
yetişdirilməsi başlıca məsələlərdən olmuşdur.
Aqronomluq peşəsi üzrə kadrlar yetişdirmək
üçün texniki-peşə məktəbləri, texnikumlar və
institutlar vardır. Belə tədris müəssisələri xüsusilə
meyvə və tərəvəzçiliklə məşğul olan regionlarda
yerləşdirilir.
Bu mənada, respublikamızın Quba, Gəncə,
Şamaxı kimi iri şəhərlərində həmin peşə üzrə
ixtisas qazanmaq üçün institut, texninum və
texniki-peşə məktəbləri vardır.
IV sinif «Azərbaycan dili» dərsliyində
sintaksis kursu «Həmcins üzvlü cümlələr», «Xitablı
cümlələr», «Sadə və mürəkkəb cümlələr»,
«Vasitəsiz nitq» mövzuları ilə tamamlanır. Bu
mövzular
içərisində
şagirdlərin
peşə
məlumatlarının zənginləşdirilməsi və peşəyönümü
üzrə onlarla aparılacaq iş üçün «Həmcins üzvlü
cümlələr», «Sadə və mürəkkəb cümlələr» və qis-
mən də «Vasitəsiz nitq» həm nəzəri, həm də
praktik cəhətdən əlverişlidir. «Həmcins üzvlər» -
məlum olduğu kimi, cümlədə eyni üzv ilə bağlı
414
Фирузя Мяммядли
olub, eyni suala cavab verən sözlərə deyilir. Bu
mənada həmcins mübtədalı, həmcins xəbərli,
həmcins tamamlıqlı və zərflikli cümlələrdə
müxtəlif peşə adları ifadəçisi olan sözlər, eləcə də
xalq təsərrüfatının ən müxtəlif sahələrinə dair
istehsal vasitələri, istehlak məmulatı və məhsulların
adları sadalana bilər, yaxud onlara dair iş prosesləri
barədə məlumat vermək və eləcə də halı, vəziyyəti,
zamanı, yeri, kəmiyyəti və s. ifadə oluna bilər.
Buna görə də bu mövzuların tədrisi zamanı
istənilən kəmityyətdə və keyfiyyətdə məqsədyönlü
iş aparmaq olar.
«Həmcins üzvlü cümlələr» mövzusu üzrə
175, 176, 180 nömrəli çalışmalar kənd təsərrüfatı
məhsulları, quşçuluq, heyvandarlıq təsərrüfatları,
bunlara dair peşələr haqqındla məlumat vermək
üçün zəngin material verir. Çox təəssüf ki,
dərslikdə yuxarıda sadaladığımız mövzular üzrə
verilmiş çalışmalar içərisində şagirdlərin peşə
təsəvvürlərini zənginləşdirməyə imkan verən
materiallara ancaq bir neçə tapşırıqda təsadüf etdik.
214 nömrəli çalışma məzmunca şagirdlərin
əmək
tərbiyəsinə
istiqamət
vermək
üçün
əlverişlidir.
IV sinif şagirdlərinin psixoloji inkişafı onlara
riyaziyyat, tarix, xarici dil kimi nisbətən ciddi səy
tələb edən fənlərin tədrisində olduğu kimi,
Azərbaycan dili fənninin tədrisində də tədricən
daha mürəkkəb məsələlər üzərində düşünməyə
|