Сечилмиш ясярляри
lX
maraq olur. Bu mənada dənizçilik peşəsi haqqında
ciddi məlumat vermək yerinə düşər. Hər şeydən
əvvəl nəzərə almaq lazımdır ki, çalışmada sözün
kökü (dəniz) və sözdüzəldicisi (çi) verilmiş və
«dənizçi» sözünün yaranması yolu göstərilmişdir.
«Dənizçi» sözü şəxs ifadəçisi olduğundan, bu lüğət
vahidinin peşə ifadəçisinə çevrilməsi yolunun
dəniz-çi-lik
olduğunu izah etmək faydalı olardı.
Sözü leksik-qrammatik cəhətdən məqsədimizə
uyğun forma və məzmunla təmin etdikdən sonra
məsələnin izahına başlamaq olar. Şagirdlərin
«dənizçilik» peşələrinə marağının sadə və cazibə-
dar bir üslubda təmini üçün ilk növbədə
«dənizçiliyə» daxil olan –
matros, Ģturman,
bosman, ocaqçı
peşələrinin funksiyası barədə
məlumat vermək lazımdır. Bu peşələrin hər birinin
gəmiçilik, gəmiqayırma peşələrinin tarixi qədər
qədim olması, dəniz nəqliyyatı işində bu peşələrdən
hər birinin eyni dərəcədə vacibliyi, eynisəviyyəli
zəruriyyətinə dair maraqlı misallar gətirmək
mümkündür.
Bu bölməyə daxil olan 346, 360, 375, 410
nömrəli çalışmalarda məzmunca şagirdlərə ən
müxtəlif peşələr, kənd təsərrüfatı və sənaye
məhsulları, həmçinin istehsal vasitələri haqqında
məlumat vermək olar.
410 nömrəli çalışmada verilmiş
meĢəbəyi,
tramvaysürən, əleyhqaz, baramaaçan, mal
otaran
sözləri ilə bağlı meşəbəyilik, meşə
430
Фирузя Мяммядли
təsərrüfatı ilə bağlı bugünkü problemlərimiz,
tram-
vay sürücülüyü, yanğınsöndürən, baramaçılıq,
metallurq, naxırçı
peşələrinə dair ətraflı söhbət
aparmaq, bu peşələrə dair kiçik hekayələr imla
yazıları yazdırmaq, uşaqların keçmiş biliklərinə ar-
xalanıb disput keçirmək olar.
«Yanğınsöndürən» peşəsi barədə:
Yanğın hər dəqiqə ehtiyatsızlıq, bir çox
hallarda isə diversiya üzündən törənə bilən döyüş
meydanıdır. Təsadüfi deyil ki, yanğunsöndürən
dəstəsi ciddi hərbi rejimə tabe olub, bir növ hərbi
forma geyinirlər. Bu mənada yanğınsöndürən hər
an döyüşə hazır xilaskar bir ordudur. Yanğın özü
son dərəcə ciddi faciələrlə nəticələnə bilən bir
fəlakət olduğu üçün bununla mübarizə aparan bu
cəsur, igid adamların insanlara necə bir xoşbəxtlik,
səadət verməyə hazır olduqlarını təsəvvür etmək
çətin deyildir. Yanğınsöndürən peşəsi bəşər
tarixinin yarandığı ilk dövrlərdən bu günə kimi
böyük və son dərəcə şərəfli bir qəhrəmanlıq yolu
keçib gələn bir peşədir. Hələ ilk dövrlərdən ən pri-
mitiv üsullardan istifadə etməklə söndürülən
müxtəlif miqyaslı və müxtəlif xarakterli yanğınlar
bu gün elm və texnikanın son nailiyyətləri ilə
silahlanmış peşəkar yanğınsöndürənlər tərəfindən
ən tez bir zamanda, mümkün qədər itkisiz aradan
qaldırılır.
Yanğınsöndürən işi də suda batanları xilas
etmək işində olduğu kimi, bacarıqlı, cəsur və
|