424
Фирузя Мяммядли
vaxta düşməsi, traktorun aqrar sənayemizdəki yeri,
ölkəmizdə
maddi
nemətlər
bolluğunun
yaradılmasında onun rolu barədə lirik, bir qədər də
pafoslu bir üslubda danışmaq, kollektivləşmə
illərinə həsr olunmuş kino-filmləri uşaqların yadına
salaraq orada
traktorun ilk nümunələrinin
çəkildiyini, bu günə kimi onun xarici formasının və
mexanizminin ciddi surətdə təkmilləşdirildiyini
onlara başa salmaq lazımdır.
Bu mövzunun davamı kimi növbəti
«Azərbaycan dili» dərsində «traktorçu» peşəsi
barəsində ətraflı məlumat vermək imkanı yaranmış
olur.
267 nömrəli çalışma
üzrə şagirdlərlə əmək
tərbiyəsi istiqamətində söhbət aparmaq, onların
kənd təsərrüfatı bitkiləri və heyvandarlığa dair
təsəvvürlərinin zənginləşdirilməsinə kömək etmək
olar.
«Leksika» bölməsində söz və onun məna
xüsusiyyətləri haqqında məlumat verilir.
Sözün
leksik mənası – onun ifadə etdiyi ilkin, başlanğıc
mənadır. Bu bölməyə «sözlərin çoxmənalılığı»,
«omonimlər», «sinonimlər» və «antonimlər»də
daxil edilmişdir. Bu, belə də olmalıdır, çünki dil
yaruslarında ilkin və başlanğıc qat kimi Leksika
(söz) bölməsi qalan
bütün yaruslar üçün əsas və
bünövrədir. Əks halda, «sözsüz», leksik material-
dan məhrum dilçilik tədqiqatı ola bilməzdi.
Semantik cəhət, məcazlaşma söz materialının daxili