Фирузя Мяммядли
şagirdlərlə bu istiqamətdə yaxşı bir söhbətin əsası
olan bu mətnin linqvistik təhlilinin özü lüğət
üzərində işlə başlamalıdır. Mətnin bir nəfər şagird
tərəfindən səsli oxunuşundan sonra müəllim
«sovka»,
«həşərat»,
«ziyanverici»
və
«trixoqramma» sözlərini lövhəyə yazdırmaqla
əvvəlcə bu sözlərin düzgün yazılışı, sonra isə mə-
nasının
izahı
üzərində
dayanmalıdır.
Bu
əməliyyatdan
sonra
söz
birləşmələrini
müəyyənləşdirmək, çalışmanın icrasının yox-
lanışını başa çatdırıb, mətnin verdiyi imkandan
istifadə edərək, «pambıqçılıq» peşəsi barədə ətraflı
söhbət aparmaq lazımdır. Qeyd etmək yerinə
düşərdi ki, qeyri-pambıqçılıq rayonlarında yaşayan
uşaqlar üçün bu peşənin xüsusiyyətləri həqiqi
mənada müəmmalıdır. Buna görə də kənd
təsərrüfatı peşələri sırasında xüsusi yeri olan bu
peşənin keçmişi, bugünü və sabahı barədə söhbətlər
böyük maraqla qarşılanmalıdır.
26 nömrəli çalışmada buraxılmış xitabların
yerinə qoyulması təklif olunur. Burada peşə
məlumatı imkanına malik iki cümlə işlədilmişdir:
«Əli, sən bilirsənmi qaramal sözünün mənası nə
deməkdir? Bəli, Zaur, bilirəm: buynuzunun içi boş,
dırnağı cüt olan və gövşəyən iribuynuzlu ev
heyvanlarına qaramal deyilir». Bu cümlələrdə
işlənmiş «qaramal» sözünün leksik mənasının bu
istiqamətdə izahından istifadə edərək, qaramalın
xalq təsərrüfatındakı əhəmiyyəti, məişətimizdə
445
Сечилмиш ясярляри
lX
rolu, bəslənilməsi, tövlə şəraitinin (lap elə mədəni
tövlə olsa belə...) «qaramal»ın – heyvandarlığın
inkişafına,
keyfiyyətinə
təsiri,
heyvandarlıq
təsərrüfatlarında zəruri olan peşələr – «sağıçılıq»,
«naxırçılıq», «malabaxan», «buzovçuluq», «yem
tədarükçüləri» peşələri barədə yeri gəldikcə,
məlumat vermək faydalı olar.
İlk dərslərin təkrarlama mahiyyəti söz yox ki,
peşələr barədə söhbətlərə bir qədər artıq vaxt
ayırmağa imkan verəcəkdir. Çalışmaq lazımdır ki,
bu imkandan səmərəli istifadə edilsin.
Uşaqlara ev tapşırığı kimi, «Naxırçı» və
«Anam sağıcıdır» mövzularında sərbəst yazı işi
tapşırmaq mümkündür.
37
nömrəli
çalışmada verilmiş parça
məzmunca «aşbazlıq» peşəsi barədə məlumat
vermək üçün əlverişlidir. Mətndə konkret olaraq bir
yemək növünün hazırlanması barədə söhbət gedir.
Lakin müəllim fürsətdən istifadə edib müsahibəni
digər yemək növlərinin hazırlanması və nəhayət
«aşbazlıq» peşəsi istiqamətində davam etdirə bilər.
Aşbazlıq peşəsi barədə uşaqlara aşağıdakıları
demək faydalı olar:
«Aşbazlıq qədim peşə olub, son dərəcə məsul
və şərəfli bir işdir. Adamların keyfiyyətli
yeməklərlə qidalanması qayğısı aşbazın üzərinə
çox böyük vəzifələr qoyur. Adamları yedizdirmək
onlara ev tikməkdən, nəqliyyat xidmətindən,
xəstələri
müalicə
etməkdən,
uşaqlara
dərs
|