Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə222/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   218   219   220   221   222   223   224   225   ...   321
Фирузя Мяммядли 
«Say», «Əvəzlik» və «Feil» kimi əsas nitq hissələri 
və bunların qrammatik kateqoriyaları verilmişdir. 
«İsim» əşya bildirən, ad bildirən nitq 
hissəsidir. Dünyada, bizi əhatə edən mühitdə, 
bizdən kənarda və bizim mənəvi aləmimizdə maddi 
və qeyri-maddi (mücərrəd) olan saysız-hesabsız 
əşyalar mövcuddur. Şüur, insan təfəkkürü hər bir 
əşyanın 
spesifik 
və 
oxşar 
cəhətlərini 
müəyyənləşdirib, dildə onu ifadə etmək üçün 
maddi qabıq – söz, linqvistik kod, semantik işarə 
yaratmışdır. Əşya adlarının böyük bir qismini peşə 
adı bildirən sözlər təşkil edir. Elə buna görə də 
«İsim» orta məktəb şagirdlərinin peşə yönümünə 
hazırlıq mərhələsində aparılası peşə məlumatı işi 
üçün ən zəngin materiala (həm nəzəri, həm də 
praktik) malik qrammatik kateqoriyalar toplusudur. 
Lakin təəssüflə qeyd etməliyik ki, V sinfin 
«Azərbaycan dili» dərsliyində verilmiş çalışmaların 
böyük bir qismi bu tələbi ödəmir. Çalışmaların 
məzmunu ancaq təsadüfdən-təsadüfə peşə informa-
siyası qazanmaq imkanına malikdir. Məsələn, 
«Xüsusi və ümumi» isimlər mövzusu üzrə verilmiş 
18 çalışmadan birində belə bu istiqamətdə iş 
aparmaq imkanı yoxdur. Halbuki, ümumi isimlər 
bunun üçün əlverişli məqamdır. «Tək və cəm 
isimlər» mövzusu üzrə 194 nömrəli çalışmada 
«sürü», «naxır», «at», «ilxı» sözlərinin məna 
arenasında «çoban», «naxırçı», «ilxıçı» peşləri 
barədə müsahibə aparmaq olar. 


449 
Сечилмиш ясярляри 
lX 
«İsmin 
hallanması» 
mövzusu 
da 
problemimizə müvafiq, məqsədyönlü iş aparmaq 
üçün əlverişlidir. Lakin burada da münasib 
çalışmaların olmadığını nəzərə alaraq, hal kateqori-
yası, bu kateqoriyanın formal əlamətlərinin 
şagirdlərin zehnində möhkəmləndirilməsi məqsədi 
ilə aparılan praktik iş zamanı şagirdlərdə, demək 
olar ki, tanış əşya adlarının hallandırılması yolu ilə 
bu barədə tam təsəvvür yaradılandan sonra müəllim 
bir neçə peşə adının şagirdlər tərəfindən müstəqil 
şəkildə hallandırılmasına nail ola bilər. Bu 
məqsədlə yaxşı olar ki, məktəbin yerləşdiyi 
regionda şagirdlərin gündəlik qarşılaşdıqları peşə 
adamları ilə bağlı peşə adları seçilsin. Bu mənada 
«rabitəçi», 
«avtomobil 
çilingəri», 
«tokar», 
«dülgər», «dəmirçi», «bənna», «sürücü» və s. 
sözlərin hallandırılması zəruridir. Qrammatik əmə-
liyyat başa çatandan sonra müəllim bu peşələr 
barədə uşaqlarla müsahibə apara bilər. Müsahibə 
sual-cavab və ya müəllimin izahı və şagirdlərin 
peşəyə münasibəti barədə fikirlərinin öyrənilməsi 
şəklində də aparıla bilər. Aşağıda «rabitəçi» və 
«avtomobil çilingəri» peşələri barədə müəllimin 
verəcəyi informasiyanın məzmununu veririk: 
Avtomobil çilingəri: 
Avtomobil 
çilingəri 
peşəsi 
bilavasitə 
avtomobil işi ilə əlaqədar olduğu üçün onun 
yaranma tarixi də avtomobilin yarandığı vaxtlara 
təsadüf edir. 


450 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin