Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə230/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   226   227   228   229   230   231   232   233   ...   321
Фирузя Мяммядли 
«Əvəzlik» əsas nitq hissələrinin əvəzində 
işlənib 
onların 
ən 
ümumi 
qrammatik 
xüsusiyyətlərinə malik olur. Başqa nitq hissələri 
kimi, əvəzlik də müstəqil mənaya malik olur, 
cümlədə müəyyən suala cavab verir – cümlə üzvü 
kimi çıxış edir. Dilin xüsusi, olduqca mürəkkəb və 
çoxcəhətli hissəsini təşkil edən bu nitq hissəsi 
xüsusi mənaya malik olmadan şəxsi, əşyanı, ha-
disəni, əlaməti, miqdarı adlandırmadan ya əvvəlcə 
qeyd olunmuşlara, haqqında danışılanlara işarə 
edir, ya onları əvəz edir, ya da dinləyicini nitqin 
sonrakı hissəsinə hazırlayır. Ona görə də əvəzliyin 
konkret mənası çox zaman mətnlə müəyyən 
olunur.
1
Əvəzliklərin bu xüsusiyyəti mövzunun 
tədrisi prosesində nəzəri biliyin mənimsənilməsi və 
praktik cəhətdən möhkəmləndirilməsi işində 
müxtəlif 
məzmunlu 
peşə 
informasiyasını 
genişləndirmək, zənginləşdirmək üçün kifayət 
dərəcədə imkan yaradır. «Əvəzlik» mövzusu üzrə 
verilmiş çalışmaların cuzi qismində məhsuldar 
əmək, peşə və əmək məhsullarına dair 
informasiyaya təsadüf olundu. 380 nömrəli çalışma 
məzmunca «dəmirçi» peşəsi barədə müsahibə və 
informasiya imkanına malikdir. 
«Dəmirçi» peşəsi barədə şagirdlərin keçmiş 
biliklərini yada salmaq və informasiyanı müsahibə 
1
Мцасир Азярбайъан дили (ЫЫ щисся), Б., 1980, сящ. 
146. 


465 
Сечилмиш ясярляри 
lX 
şəklində aparmaq üçün müəllim aşağıdakı 
suallardan istifadə edə bilər: 
1. Dəmirçi – kimlərə deyilir? 
2. «Dəmirçi» peşəsinin keçmişi barədə nə 
bilirsiniz? 
3. İndi bu peşəyə ehtiyac necədir? 
4. İndi dəmirçilər ən çox nə düzəldirlər? 
5. Bu sənətkarların kənddə və şəhərdə 
fəaliyyəti necədir? 
Təbii ki, suallara şagirdlər ətraflı cavab verə 
bilməyəcək. Buna görə də müəllim hər sual və 
cavabdan sonra bu barədə özü danışmalı və 
çalışmalıdır ki, şagirdə peşənin sirləri barədə daha 
çox məlumat versin. Bir sözlə müəllim özü qoyulan 
suallar dairəsində peşə barədə informasiyaya hazır 
olmalıdır. Məktəbli gənclərin tarixi filmlərdə 
gördüyü dəmirçi obrazını xatırlatmaqla, müəllim bu 
peşə sahiblərinin zahiri görkəmli, sağlamlığı, 
xarakterindəki bariz cizgilər, nəhayət işi, peşəsi ba-
rədə uşaqlarda əyani təsəvvür yaratmaq və peşəyə 
maraq oyatmaq mümkündür. 
«Əvəzlik» mövzularının tədrisi prosesində 
sərbəst çalışmalar üzrə də peşə məlumatını 
zənginləşdirmə 
üzrə 
səmərəli 
iş 
aparmaq 
mümkündür. Bu mənada «Şəxs əvəzlikləri» 
mövzusu üzrə müəyyən bir peşə adının şəxslər üzrə 
dəyişdirməklə cümlə qurmaq tapşırığı sonradan 
həmin peşə haqqındı geniş danışmaq imkanı verər: 


466 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin