461
Сечилмиш ясярляри
lX
yeni üsullar, vasitələr arayırlar. Adlı-sanlı xalçaçı
nənələrimizin əməyinə, ağ saçlarına, zəhmət naxışı
ilə şırımlanmış usta əllərinə ehtiramla yanaşılır,
onların
əməyi
layiqincə
qiymətləndirilir.
Təqdirəlayiq bir haldır ki, bu gün xalçaçılıq
peşəsinin sirləri təkcə peşə məktəblərində deyil,
rəssamlıq
məktəblərində,
rəssamlıq
akademiyalarında öyrədilir. Xalqımızın Zübeydə
Şeydayeva (Quba rayonunun Çiçi kəndi) kimi
müdrik xalçaçı sənətkarı son günlərəcən (yaşı yüzü
ötsə də) özünün yüzlərlə ardıcılını yetişdirmiş,
Lətif Kərimov kimi incəsənət xadimi, xalq rəssamı
öz fəaliyyətini bu qədim və müqəddəs peşənin
sirlərinin açılmasına yönəltmiş, bu sahəyə onlarla
elmi-tədqiqat işi həsr etmişdir. Nə yaxşı ki, bu
qədim peşə bugünkü nəsillərimizin qədirbilənliyi
sayəsində belə yüksək bir zirvəyə qalxmışdır! Elə
bir zirvəyə ki, o zirvədən hələ neçə-neçə yüzilliklər
bundan belə bu peşənin işıqlı gələcəyinə açılan
geniş qapılar, doğan parlaq səhərlər görünür!».
«Xalçaçılıq» peşəsi nə qədər füsunkar və
cazibədar bir nitq üslubu ilə mədh edilməyə layiq
olsa da, onun istehsal prosesi və istehsalı üçün
lazım gələn texniki vasitələr barədə məlumatın
verilməsi vacibdir. Buna görə də gələcək dərslərdə
müəllim bir daha bu söhbətin üstünə qayıtmalı və
şagirdlərə aşağıdakıları çatdırmalıdır.
Dostları ilə paylaş: