Фирузя Мяммядли
məlumatların dil və ifadə xüsusiyyətlərində nitq
qurumu
– intonasiya, yüksək pafos, lirik
tendensiya, emosionallıq və ekspressivlik kimi
cəhətlər xüsusi əhəmiyyət kəsb edir. Çalışmaq
lazımdır ki, verilən məlumatlar təkcə məzmunca
maraqlı olduğuna görə deyil, həm də şifahi ifadə
tərzi, üslubu ilə də cazibədar və sirayətedici olsun.
Bu cəhətlər isə nitqi xüsusi rəng çalarları ilə
zənginləşdirən sifətlərin fnuksional mövqeyindən
də xeyli dərəcədə asılıdır. Buna görə də «Sifət»
mövzusunun tədrisi prosesində peşələr barəsində
verilən məlumatların (yazılı və şifahi) zəngin ifadə
xüsusiyyətlərinin aşkara çıxarılması yolu ilə
mövzunun möhkəmləndirilməsi və məlumatların
özümlülüyünün təmin edilməsi işinə kifayət qədər
imkan vardır. Sifətin lüğəvi məna növlərindəki
müxtəliflik ayrı-ayrı peşələrin təsvirində bu
sözlərin funksional əhəmiyyətini artırır. Məsələn,
dad və rəng bildirən sözlər ictimai iaşə sahəsinə
dair peşə və istehsal prosesi, eləcə də hasil olunan
məhsul barədə məlumatın verilməsində aktiv
mövqe tutursa, sahə, həcm, hündürlük, dərinlik və
s. bildirən sifətlər texniki peşələrin təsvirində daha
fəal ola bilər.
«Sifət» bəhsi üzrə verilmiş çalışmaların heç
biri şagirdlərə peşə informasiyası vermə imkanına
malik deyildir. Bu mövzunun tədrisi prosesində
problemimizin sabit gedişatını təmin etmək
məqsədi ilə müəllim xidməti peşələri – parikmaxer,
459
Сечилмиш ясярляри
lX
manikürçü və eləcə də xalçaçılıq, saatsazlıq,
boyaqçılıq, aşbazlıq peşələri barədə şagirdlərin
keçmiş biliklərinə istinad etməklə söhbət apara
bilər. Bu mövzuda verilən yazılı ev tapşırıqları və
imla yazıları faydalı ola bilər. Məsələn, müəllim
aşağıdakı mətni yazdırıb, orada işlənən sifətlərin
tapılmasını tapşıra bilər:
«Böyük
bacım
Əsmət
kəndimizin
yaxınlığında gözəl və yamyaşıl bir bağın içərisində
yerləşən xalçaçılıq məktəbində oxuyur. Bacım evə
gələndə həmişə məktəbdə gördüyü işlərdən danışır.
O deyir ki, xalçaçı peşəsi də rəssamlığın bir növü
olub, tətbiqi incəsənət adlanır. Biz orada, hər
şeydən əvvəl, rəngləri ayırd etməyi, cürbəcür
rənglərdən
yerli-yerində
istifadə
etməyi
bacarmalıyıq. Biz adi kağız üzərində işlənən
ornamentləri rəngarəng sapların köməyi ilə zəngin
boyalarla xalçaya hörməyi öyrənirik. Bu, çox
maraqlı bir iş olub, bizə hədsiz sevinc bəxş edir».
Qeyd etməliyik ki, mətnin linqvistik
(sifətlərin müəyyənləşdirilməsi ilə) təhlilindən
sonra müəllim burada işlənən «ornament» sözünün
lüğəvi mənasını izah etməklə, «xalçaçılıq» peşəsinə
dair söhbəti davam etdirə bilər və bu peşəyə şagird-
lərin marağını cəlb edə bilər.
«Xalçaçılıq»
peşəsi
barədə
şagirdlərə
çatdırılası ilkin məlumat Azərbaycan xalçaçılığının
tarixi, bugünü və gələcəyi barəsində müəllimin
müsahibəsi ilə başlayıb, bu peşənin elmi-texniki
|