443
Сечилмиш ясярляри
lX
Orta ümumtəhsil
məktəblərində şagirdlərin
peşə seçməyə hazırlanması işinin ilk mərhələsinin
düzgün təşkili Azərbaycan dili dərsliyinin nəzəri və
praktik materiallarının peşə məlumatı imkanlarının
aşkara çıxarılması və eləcə də Azərbaycan dilinin
təlimi
prosesində
şagirdlərin peşə seçməyə
istiqamətləndirilməsinin
metodoloji
əsaslarının
müəyyənləşdirilməsi zəruriyyətini yaradır.
Bu isə
tədqiqat işimizin dövrün tələbləri səviyyəsində
aktuallığını təmin edən amillərdən biridir.
V sinif Azərbaycan dili kursu aşağı siniflərdə
– IV sinifdə – keçilənlərin təkrarı ilə başlayır.
Burada «Sintaksis»in predmeti üzrə verilmiş
mövzuları təkrarlamaq və keçmiş bilikləri bir daha
xatırlayıb möhkəmləndirmək
məqsədi ilə verilmiş
çalışmaların bir qismi peşə yönümünə hazırlıq
mərhələsinin ilk dövrlərində şagirdlərlə aparılacaq
müxtəlif növlü işlər üçün əlverişli materiallara
malikdir.
9 nömrəli çalışmada mətndəki (sovkanın
qənimi) söz birləşmələrini göstərmək təklif olunur.
Mətnin adından da məlum olduğu kimi, burada
uşaqlar üçün (xüsusən qeyri-pambıq rayonlarında)
anlaşılmaz olan bəzi sözlər vardır: «sovka», «həşa-
rat»,
«ziyanverici»,
«trixoqramma»
və
s.
Çalışmanın linqvistik
tələbi öyrənildikdən sonra
müəllimin təkcə mətnin məzmunundan çıxış edərək
izahat işi aparması kifayət deyildir. Məlumdur ki,
kənd təsərrüfatı, istehsalat sahəsinə aid olub,