447
Сечилмиш ясярляри
lX
texnikanın böyük üstünlükləri, əkinçilik peşəsinin
bütövlükdə taxılçılıq təsərrüfatları
ilə əvəzlənməsi
bu təsərrüfatda zəruri olan
traktorçuluq, kom-
baynçılıq,
slesar-çilingər
peşələri
barədə
danışmaq münasibdir.
Bu
söhbətin
davamı
kimi
Uşinskidən
aşağıdakı parçanı imla yazdırmaq faydalı olar:
«Eyni dəmir parçasından bir vaxtda, eyni
emalatxanada iki kotan düzəltdilər. Bunlardan biri
əkinçinin əlinə düşdü və dərhal işə salındı.
Digəri
dükanda istifadəsiz qaldı. Bir müddətdən sonra hər
iki kotan görüşdü. Əkinçidəki kotan gün kimi parıl-
dayırdı. Dükandakı isə tamam pas atmışdı.
– Söylə görüm, niyə parıldayırsan? – deyə
paslı kotan o birisindən soruşdu.
– Zəhmətdən, mənim əzizim,
- deyə o biri
kotan cavab verdi.»
Bəli, iş göyrməyənlər pas atır, xarab olurlar.
İş görənlər isə daha da parıldayırlar.
V sinif «Azərbaycan dili» kursunun məğzini
«Morfologiya» təşkil edir. Məlum olduğu kimi,
morfologiya «sözün tərkibi» və «nitq hissələri»
kimi iki mühüm qrammatik normalaşmanın
linqvistik şərhini əhatə edir. Lakin dərslikdə bunun
«Nitq hissələri» bölməsinin tədrisi nəzərdə
tutulmuşdur. «Nitq hissələri» bəhsi aşağı
sinifdə
keçilənlərin bir qədər geniş və daha dərin elmi
əsaslandırması ilə verilir. Burada «İsim», «Sifət»,