426
Фирузя Мяммядли
etmək məqsədi ilə
işlədilən üslubi-funksional
qruplar, məna və məzmun çalarlarının semantik yo-
zumlarıdır. Söz yox ki, belə bir məqsədə xidmət
edən çalışmalarda
məzmunca peşəyönümü motivi
axtarmaq və ya əlavə etmək – mövzuların bir qədər
də mürəkkəbləşməsinə səbəb ola bilər. Lakin yadda
saxlamaq lazımdır ki, Azərbaycan dili kursunun
başlanğıcından dil qanunları ilə paralel aparılan bir
işi yarıda qırmaq və ya uzun müddət fasilə də
vermək olmaz. Buna görə də bu mövzuların tədrisi
prosesində şagirdlərin
əmək tərbiyəsinə və peşə
marağına müsbət təsir edən mətnlər yazdırıb orada
işlənmiş lüğət vahidlərinin mənası, məcazlaşma
səviyyəsi üzrə təhlil işi aparmaq olar. Bu məqsədlə
seçiləsi mətnlər bədii ədəbiyyatdan, başlıca olaraq,
uşaq ədəbiyyatından götürülə bilər. Tapşırığın
icrasından sonra, əlbəttə ki,
mətnin məzmunu,
ideyası barədə söhbət açıb, burada qoyulan məsə-
lələri uşaqlara çatdırmaq lazımdır. Məsələn,
verilmiş mətndə antonim sözləri seçib, altından xətt
çəkin:
Qoca bağbanın yaşı yüzə çatmışdı. Yaz
fəslində bir neçə cavan onun bağına gəlir. Onlar
görürlər ki, qoca əl-ayağı əsə-əsə torpağı
yumşaldır, sonra oraya toxum səpir. Cavanlardan
biri soruşur:
– Babacan, nə iş görürsən?
Bağban cavab verir: