410
Фирузя Мяммядли
hazırlanır. Ölkəmizdə inşaatçı peşələri üzrə kadr
hazırlığı işinə böyük diqqət və qayğı göstərilir.
Onların yüksək əmək haqqı ala bilməsi, tez bir
zamanda mənzillə təmin olunması, inşaatçı
ailələrinin istirahəti, uşaqlarının
tərbiyəsi və
oxuması üçün hər cür şərait yaradılmışdır.
Fəhlələrin təhsillərini qiyabi davam etdirməsi,
ustalıq dərəcələrini artıra bilməsi üçün daim qayğı
göstərilir. Əlbəttə, ola bilsin aranızda bənna olmaq
istəyənləriniz, dülgərlik peşəsini seçənləriniz
olacaq. Bu şərəfli peşələrdən qorxub çəkilmək
lazım deyil.
Bilməlisiniz ki, yer üzərində qurub-
yaratmaqdan gözəl iş yoxdur. Ulu babalarımızın
əlləri ilə tikilib, əsrləri adlayırıq, bugünə gəlib
çıxan əzəmətli qalalarımız və qurucularının, onu
tikənlərin ölməzliyi, dünya durduqca yaşarılıq
simvolu olub, hər birimiz
tərəfindən şan-şöhrət
rəmzi kimi hörmətlə, iftixarla xatırlanır. Bir çox
kolxozlar, kino-teatr binaları, stansiyalar,
səadət
sarayları belə adamların adı ilə adlandırılır.
162 nömrəli çalışmada verilmiş şəklə
baxaraq, mətn tərtib etmək təklif olunur. Şəkildə
kolxoz tarlası və tərəvəz məhsulu toplayan
məktəblilər təsvir olunmuşdur. Tapşırığı icra etdir-
məzdən əvvəl məktəblilərin kolxoz, sovxoz, fabrik
və
zavodlara
köməyi,
onların
əməyinin
qiymətləndirilməsi, şagird istehsalat briqadaları,
şagirdlərin buradakı
əməyinin xarakteri və
nəticələri barədə müəllimin məlumat verməsi