405
Сечилмиш ясярляри
lX
«Mübtəda» və «Xəbər» mövzuları
şagirdləri
peşəyönümü işi sahəsində sərbəst mövzularda yazı
işləri, ev tapşırıqları, kiçik hekayələr üzərində
işlətməyə də imkan verir. Xüsusən, valideynləri
peşə sahibləri –
sürücü, mexanizator, dülgər,
bənna, frezerçi, satıcı, aĢbaz
və s. olan şagirdlərə
tapşırmaq olar ki, öz valideynləri, onların işi,
peşəyə münasibəti və s.
barədə kiçik bir hekayə
yazsınlar. Şübhəsiz ki, işdən yorğan, paltarları yağ
və neft ləkələri ilə bulaşmış, əlləri qabarlı qayıdan
valideynlərin vəziyyəti bunun tamam əksi olan –
idarə maşınında evə qayıdan şıq geyimli
valideynlərin vəziyyəti ilə müqayisədə o qədər də
ürəkaçan deyil və uşaq
gözü bu vəziyyəti də özü
bildiyi kimi qiymətləndirəcək. Lakin müəllim belə
hallarda da şagirdə düzgün istiqamət verməyi
bacarmalı,
öz peşəsinin, öz sənətinin ustası olan
adamların üzündəki yorğunluğun, paltarındakı yağ
ləkələrinin, əllərindəki qabarın şərəfli, namuslu
əməkdən,
kişi
hünərindən,
mərdlikdən,
cəsurluqdan, ağır zəhmətdən qorxmamaqdan xəbər
verdiyini, bunun üçün xəcalət çəkmək yox, bununla
fəxr etmək lazım gəldiyini onlara başa salmalıdır.
Ölkəmizdə sadə zəhmət adamlarına
göstərilən
qayğı və hörmətdən, qanunlarımızın belə şəxslər
üçün müəyyən etdiyi hüquqlardan söhbət açmağı
bacarmalıdır. Məsələyə aşkarlıq mövqeyindən
yanaşaraq, sadə peşə sahiblərinə hardasa laqeydlik,
həqarətli
münasibət göstərilirsə, bunun qanunları-