Сечилмиш ясярляри
lX
şagirdləri sərbəst mövzular və ya düşündürücü
çalışmalar üzərində işlədərkən bu qismdən olan
leksik məqamlara xüsusi diqqət yetirməlidir.
Nitq hissələrinin təkrarı mövzusu ilə bağlı
verilmiş çalışmalar sırasında 49, 57, 60, 62, 85, 87,
96 nömrəli tapşırıqlar mövzumuzun məqsədinə
müvafiq söz və ifadələrlə zəngindir.
49 nömrəli çalışmada verilmiş müxtəlif
mənalı sözlər içərisində ç
oban, qoyun, keçi, ferma
sözlərinin
məzmun
planından
çıxış
edib,
heyvandarlıq təsərrüfatları, bunların qarşısında du-
ran problemlər, qoyunçululuğun inkişafı üçün
lazım
olan
coğrafi
və
iqtisadi
şərtlər,
iqtisadiyyatımızda qoyunçuluq təsərrüfatlarının
yeri, çoban peşəsi, bu peşənin qədimliyi, çobanların
mərdliyi, cəsurluğu, dağ vüqarlı çobanlarımızın
hələ ulu söyləmələrində vətən rəmzi olması,
«Kitabi-Dədə Qorqud» dastanlarında bütöv bir
orduya – düşmən ordusuna qarşı duran qəhrəman
Qaraca çoban, onun bucünkü varislərinin əmək
qəhrəmanlığı və s. barədə danışmaqla bu peşə
barədə kiçik yaşlı məktəblilərin təsəvvürünə yeni
bir məlumat əlavə etmək mümkündür.
96 nömrəli çalışmada «tikmək» sözünün
müxtəlif
zamanlarda
işlənmiş
formulları
verilmişdir. Bu sözün ehtiva etdiyi məna və
məzmun koordinatlarından çıxış edərək, «tikinti»
işləri, «bənna», «dülgər» peşələri, tikinti sahəsində
398
Фирузя Мяммядли
işləyən fəhlələrin ağır, lakin çox şərəfli işi barədə
söhbət aparmaq zəruridir.
Dördüncü sinfin Azərbaycan dili kursu
«Sintaksis və durğu işarələri» bölməsindən
başlanır. Dərslikdə olduğu kimi, «Sintaksis»
bölməsi söz birləşmələri, cümlə və onun növləri ki-
mi mövzuları əhatə edir. Söz birləşmələri – sözlərin
möhkəm leksik-qrammatik qanunları əsasında
birləşib, mürəkkəb məna, ifadə və nəhayət cümlə
əmələ gətirməsinə xidmət edir. Sözlərin məna və
qrammatik
cəhətdən
tabelilik
vəziyyətində
birləşməsi
sintaktik
konstruksiyanın
nitq
fəaliyyətindəki roluna məntiqi bütövlük, dolğunluq
verir. Fikrin konkret və dəqiq ifadəsinə imkan
verir. Buna görə də nitq mədəniyyətinin inkişafında
«söz
birləşmələri»nin
möhkəm
qanunlarını
mənimsəmək çox faydalıdır. Məlumdur ki, insanın
hərtərəfli və ahəngdar inkişafında nitq, dil
normalarının ədəbi dil səviyyəsində qavrayışı
birinci yerdə duran məsələlərdəndir. Orta məktəb
həcmində dil normaları belə bir səviyyəyə nail
olmağa imkan verdiyindən, bunların aşağı
siniflərdən macburi öyrədilməsi, nəzəri material-
ların praktik tətbiqinə imkan verən, həyati
problemlərlə, gənclərin peşə marağı ilə daha çox
bağlı olan çalışmalarla möhkəmləndirilməsi
vacibdir.
«Söz birləşməsi» çox geniş anlayış olub,
idraki fəaliyyətimizin bütün sahələrini əhatə edir.
|