402
Фирузя Мяммядли
onlara izah etmək, bu sahə üzrə ixtisas verən
məktəblər barəsində məlumat vermək olar.
Cümlə
–
sözlərin məna və qrammatik
cəhətdən məqsədli əlaqələnməsi olub nisbi olaraq
bitmiş fikir ifadə edən söz birləşmələridir. Söz
birləşmələri cümlə daxilində ən müxtəlif şəkildə
təzahür etdiyi kimi, cümlənin özünün də məqsədə,
intonasiya və quruluşa görə müxtəlif növləri vardır.
Fikir bitkinliyi bir
cümlə ilə ifadə olunduğu kimi,
bir neçə cümlə ilə də ifadə olunur. Bu isə mətn
yaradır. Bu mənada, şagirdlərin peşə məlumatlarını
zənginləşdirmək məqsədi ilə cümlə konstruksiya-
larından istifadə zəruridir. Xüsusən, peşəyönümü
istiqamətində aparılası
müsahibə və söhbətlərdə
cümlələr çoxluğu bütöv mətnlər əmələ gətirir. Belə
söhbətlərin keçirilməsi üçün sual və nəqli cümlələr
fikir ifadəsində ən əlverişli sintaktik konstruksiya-
lardır. Məsələn,
Siz məktəbin emalatxanasında
olmuşsunuzmu? Siz pambıq tarlasına gedirsinizmi?
(Çalışma №127).
Qeyd etməliyik ki, bu suallara cavab yarımçıq
cümlə şəklində – bircə sözdən də ibarət ola bilər.
Lakin bu cavab qrammatik cəhətdən qənaətləndirici
olsa da, peşəyönümü işində cavabların geniş, aydın
və bir qədər də mübahisəyə imkan verən olması
vacibdir.
«Bəli, biz pambıq sahəsinə gedirik» - cavabı
müqabil tərəfi «pambıq sahəsinə gedənlərin» orada
gördükləri, orada gördüklərinin müxtəlif cəhətləri,