392
Фирузя Мяммядли
primitiv
bilikləri
həyatla,
ətraf
mühitlə,
dövlətimizin yaşıllaşdırma planları ilə əla-
qələndirilə bilər. Müəllim yaşıllığın
yer üzərində
həyatın davamı üçün və atmosferin təmizlənməsi
üçün əhəmiyyətindən danışıb aşağıdakı suallarla
sinfə müraciət edə bilər:
1. Bağ ilə bağça arasındakı
fərqi kim izah
edər?
2. Ağaclara necə qulluq edirlər?
3. Sənin evinin yanında bağ varmı?
4. Sizin bağda hansı meyvə ağacları var?
5. Sən «gənc bağbanlar» dərnəyinə üzv olmaq
istərdinmi?
Həmin mövzu üzrə 9 nömrəli çalışmada da
bağçılıq, meyvəçilik, üzümçülük peşələrinə dair
ayrı-ayrı sözlər verilmişdir. Çalışmanın yazılı
icrasından sonra bu sözləri
cümlələrdə işlətməklə
müəllim şifahi müsahibə yolu ilə bu sahələrə dair
informasiyanı davam etdirə bilər.
Qeyd etməliyik ki, peşəyönümünə hazırlığın
başlanğıc dövründə xalq təsərrüfatının
müxtəlif
sahələri, istehsal prosesləri və əmək məhsulları
barədə verilən hər cür məqsədyönlü məlumat
məktəb peşəyönümü işinin müvəffəqiyyətini təmin
edən amillərdən olub,
şüurlu peşəseçmədə
əhəmiyyətli rolu vardır.
12 nömrəli çalışma təkcə kənd təsərrüfatı
deyil, istehsalın texniki sahələri, sənaye istehsalatı
ilə bağlı peşə məlumatlarına imkan verir.