389
Сечилмиш ясярляри
lX
genişləndirilməsi işi bu mərhələdə ciddi şəkildə
peşə seçməyə hazırlığın başlanğıc dövrü kimi sə-
ciyyələndirilə bilər.
Dördüncü sinif ümumtəhsil
fənlərinin ibtidai
tədrisindən ümumi təsəvvür səviyyəsində bilik
yaratma istiqamətindəki təlim işinin həyatla,
istehsalatla, məhsuldar əməklə daha çox əlaqə-
ləndirilməsini tələb edir.
Bu mənada, tədris işi
şüurlu mənimsəmənin ən aktual formalarına
əsaslandırılmalıdır.
Amanaşvili,
Nikolayev,
Şerbakov və s. kimi təcrübəli müəllimlərin sovet
pedaqogikasının son nailiyyətləri sayılan iş
üsulunda təlimin sinif – dərs formasına verilən yeni
tələblərin bir növ müasir insanın emosional –
estetik hisslərinə motivləşdirildiyi məlumdur. Buna
görə də tədris fənnlərinin məhsuldar əməklə, isteh-
salatla əlaqələndirilməsində yeni üsulların işlənib
hazırlanması, nəzəri
cəhətdən yüksək pedaqoji
səviyyədə duran əsaslı müddəaların sınaqdan
keçirilməsi vacib sayılmalıdır.
Azərbaycan
dilinin
dördüncü
sinif
səviyyəsində nisbətən mürəkkəbləşdirilmiş nəzəri
materiallarının tədrisi təbii ki, peşə seçmə imkanı
verə bilməz. Belə ki, linvistik kateqoriyaların
nəzəri cəhətdən öyrədilməsi şagirdə gələcəkdə hər
hansı bir peşənin ustası
olmaq deyil, seçdiyi
peşənin savadlı və dövrünün elmi-texniki
yenilikləri səviyyəsində durmağı bacaran mütəxəs-
sisi, ustası olmaq imkanı verir. Düzgün yazı və oxu