Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə183/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   179   180   181   182   183   184   185   186   ...   321
Фирузя Мяммядли 
bu bölmədə verilən çalışmaların hamısından əmək 
tərbiyəsi motivi gözləmək olmaz. Lakin uşaqları 
şifahi çalışmalar üzərində işlədərkən onlara nəqli
sual, nida və əmr cümlələrinə dair elə nümunələr 
yazdırmaq olar ki, bunlar bilavasitə uşağı əhatə 
edən məişət şəraiti, onu maddi və mənəvi nemətlər 
bolluğunda bəsləyən ata-anaların işi, peşəsi, zəhmət 
həyatı ilə bağlı olsun. Gözünü açıb əla yemək, əla 
paltar, 
maksimum 
təminat 
görən 
uşağın 
düşüncəsində ilk dəfə olaraq «bunları atam və ya 
anam necə alıb?», «nə ilə alıb?», «hardan alıb?» 
kimi sual cümlələləri və bu cümlələrə cavab 
axtarmaq meyilləri peyda olsun. Əlbəttə, elə 
valideynlər tapılır ki, uşağın bu sualı ona xoş 
gəlmir. Məsələn, maddi imkanlarına yaxşı bələd 
olduğum bir ailədə belə bir söhbət oldu: Balaca 
məktəbli qızına son dəbdə və çox bahalı paltar alan 
ata-anaya uşaq belə bir sual verdi. «Necə də 
gözəldir! Bunları hardan aldınız? Neçəyə aldız, ay 
ana?» Sualdan ananın xoşu gəlmədiyindən o: 
«Neynirsən, hardan aldıq, neçəyə aldıq?! Almışıq, 
gey, kefini çək!» deyə uşağa cavab verdi. 
Diqqət yetirilsə, qızın suallarında paltarın 
neçəyə və hardan alınmasını öyrənmək marağından 
çox uşağın heyrəti və sevinci ifadə olunmuşdur. 
Lakin həmişə ayıq-sayıq ana bu sualların özündə də 
nəsə ailənin əlavə qazanc mənbələrini araşdıran bir 
ton hiss edir və uşağa sərt cavab verir. Ananın 
cavabında başqa bir cəhət – körpəni ailə gəlirinin


371 
Сечилмиш ясярляри 
lX 
valideyn əməyinin hüdudları fövqündə saxlamaq 
cəhdidir. 
Təbii ki, tərbiyədə bu istiqamət səhvdir. 
Uşaqlar lap körpə yaşlarından ata-ananın əməyi, 
gördüyü çətinliklər, əməyə müsbət münasibəti 
barəsində müəyyən təsəvvürə malik olmalıdır. 
Çalışmaq lazımdır ki, bu təsəvvür zaman keçdikcə 
genişləndirilsin, 
tədricən 
əməyə 
məhəbbət, 
zəhmətdən qorxmamaq, çətinlik qarşısında özünü 
itirməmək kimi iradi keyfiyyətlərə çevrilsin. 
«Cümlə üzvləri» haqqında ilkin məlumat 
şagirdlərdə 
Azərbaycan 
dilinin 
qrammatik 
normaları barəsində konkret təsəvvür yaratmaq 
məqsədi daşıyır. Təbii ki, cümlənin baş və ikinci 
dərəcəli üzvlərinin heç olmasa, cümlədəki yeri 
barəsində məlumatı olan şagird savadlı yazı 
normalarına yiyələnməkdə çətinlik çəkməyəcək. 
Savadlı yazı qabiliyyətinə malik olmaq isə hər 
kəsin mənəvi borcudur. Elmi-texniki yeniliklərlə 
bağlı hədsiz informasiyalar bolluğunda yetişməkdə 
olan gənc nəsil özünə lazım olan fundamental biliyi 
yazılı nitq vasitəsi ilə əldə etdiyi kimi, öz fikrini 
yazılı şəkildə; dövrün elmi və publisistik nailiyyət-
ləri səviyyəsində ifadə etməyi də bacarmalıdır. Bu 
isə doğma dilin leksik-qrammatik normalarından 
kənarda mövcud deyildir. 
«Azərbaycan dili» (II sinif) kursunun 
müəyyən hissəsini morfologiya (sözün tərkibi, 
qrammatik qrupları) təşkil edir. Morfologiya 


372 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin