Фирузя Мяммядли
və son dərəcə zəruri bir iş olması barədə uşaqlara
danışmaq olar. İkinci cümlədə işlənən «bol
məhsullu tarlalar, bağlar» ifadələrinin özü əmək
tərbiyəsi barədə yaxşı bir müsahibənin açarıdır.
Kitabın
«Səs
və
hərf»
bölməsində
Azərbaycan dilinin fonetik xüsusiyyətləri ilə
əlaqədar verilən qayda və çalışmalardan çıxış
edərək, elə cümlələr və sözlər seçmək olar ki, bu
sözlərin səs tərkibi kiçik yaşlı məktəblilərdə
həyatın zəhmət, əmək simfoniyası barədə ilk
gündən düzgün təsəvvür yarada bilsin. Xüsusən,
səs fərqlənməsi ilə mənanın dəyişməsini əks etdirən
sözlərdəki ahəngdarlıq – səs və ritm oxşarlığı
cazibəsində şüurlu əmək və onun nəticələri barədə
assosiasiya yaradan sözlərin əmək tərbiyəsi
baxımından izahı səs ahəngindən çıxış edərək, bir
sözdən başqa sözə, bir mənada başqa mənaya və
analoji olaraq bir iş və hərəkət nəticəsindən
başqasına
keçidi
elə
maraqlı
epizodlarla
əlaqələndirmək lazımdır ki, balaca dinləyicilər bun-
ları həm yaxşı qavrasın, həm də uzun müddət
yadda saxlaya bilsin.
Birinci sinfin «Ana dili» kitabının «heca»
bölməsi şagirdlərdə heca haqqında ilkin təsəvvür
yarada bilən nümunələrə dair çalışmalarla başlanır.
Çox təəssüf ki, çalışmalarda verilən sözlər eyni
xarakterli olub hecanın ancaq iki növü – örtüsüz
açıq, örtülü qapalı – haqqında təsəvvür yaradır.
Təcrübə göstərir ki, pedaqogikanın sınanmış
361
Сечилмиш ясярляри
lX
prinsiplərindən olan sadədən mürəkkəbə, asandan
çətinə, bəsitdən zənginə üsullarının tətbiqinə
Azərbaycan dilinin «heca» mövzusunun ilkin
tədrisində də böyük ehtiyac vardır. Bu mənada elə
nümunələr seçilməli idi ki, balaca məktəblilər elə
başlanğıcdan hecanın müxtəlif növləri, səs
materialı və eləcə də təkhecalı və çoxhecalı sözlər
barəsində qarmaqarışıq informasiya deyil, tədrici
inkişaf istiqamətində nizamlı bilik qazana bilsinlər.
Burada əlbəttə ki, verilən sözlərin əmək prosesi və
əmək tərbiyəsi ilə nə dərəcədə əlaqədər olması
mərkəzi plana çəkilməlidir.
Mövzu tədris olunarkən elə etmək lazımdır ki,
körpə xəyalını heyrətə salan bu gözəlliklər insan
əməyindən, insanın yaradıcı şüurundan, zəhmətdən
kənarda, mücərrəd təsəvvür yaratmasın. Elm və
texnikanın yüksək inkişaf yolunda inamla addım-
ladığımız indiki şəraitdə qədim Misir piramidaları
bizi ona görə heyrətə salır ki, biz bu nəhəng
tikililərə sərf olunan insan əməyinin xarakterini heç
cür
real
təsəvvürlə
əlaqələndirə
bilmirik.
Dərketmənin reallaşdığı yerdə isə heyrət çəkilib
gedir. Unutmamalı ki, məktəbliləri heyrətə salmaq
yox, ilk gündən real bilik və məlumatla
zənginləşdirmək lazımdır. Elə etmək lazımdır ki,
təfəkkürünün inkişaf yoluna ilk qədəmlərini atan bu
balaca insanın əşya və predmetlər qarşısındakı ilkin
heyrəti onları yaradan, quran əllərin hünərinə
heyranlığa doğru istiqamətləndirilsin.
|