Сечилмиш ясярляри
lX
Azərbaycan dili dərslərində digər didaktik
üsullar ilə də peşə təsəvvürlərini zənginləşdirmək
olar.
Lakin peşəyönümü işinin aparılmasında ən
etibarlı mənbə dərslikdir.
§ 1. Birinci sinfin «Ana dili» dərsliyi
şagirdlərdə sərbəst oxu, nitq vərdişləri yaratmaqla
bərabər, həm də onlarda ətraf mühit haqqında
təsəvvürləri reallaşdırmaq və genişləndirmək məq-
sədinə xidmət edir.
Kitabda verilmiş materiallar uşaqların ibtidai
təfəkkürünün ilkin elmi əsaslarının yaradılması
istiqamətində inkişafını nəzərdə tutduğundan
verilmiş dil qanunları çərçivəsində materiallar
üzərində peşə təsəvvürü, əmək tərbiyəsi işi də
dərsin
əsas
məqsədinə
tabe
vəziyyətdə
aparılmalıdır.
Qeyd etdiyimiz kimi, materiallar müxtəlif
səciyyəli olduğundan, mövzuların hamısından eyni
dərəcədə məqsədyönlülük gözləmək mümkün
deyildir. Buna görə də birinci sinifdə peşə
təsəvvürü və əmək tərbiyəsi işində sistematikliyi
izləmək qeyri-mümkündür.
Şifahi oxu materiallarının verdiyi faktlardan
çıxış edərək, burada şagirdlərin əmək tərbiyəsinə
müsbət təsir edən, onları peşələrin sirlərinə
yaxınlaşdıran söhbətlər aparmaq, müsahibələr
keçirmək mümkündür. Məsələn, «Çox sevirik
əməyi» misrasındakı «əmək» sözünün ümumi
352
Фирузя Мяммядли
məna daşıdığını nəzərə alaraq bu sözün lüğəvi
mənasının aydınlaşdırılması prosesində (yəni
«əmək nədir?» sualına cavab) onun növləri – fiziki
və zehni əmək haqqında imkan daxilində əyani
şəkildə iş aparmaq olar: Nümunə üçün:
sürücü
fiziki
tokar
və s.
bənna
ƏMƏK
alim
zehni
müəllim
və s.
aktyor
Bu zaman uşaqlardan valideynlərinin işi
barədə soruşmaq və bunun fiziki, yoxsa zehni
əməyə
aid
olduğunu
onların
yaddaşında
möhkəmləndirməyə səy etmək lazımdır. «Cümlə və
söz» bölməsində müxtəlif məzmunlu və xarakterli
cümlələr, onların söz materialı haqqında ilkin
təsəvvür yaradan çalışmalar verilmişdir. Məsələn,
çalışmada: «Sinifdə parta, stol, stul, yazı taxtası
var. Pəncərəyə gül dibçəkləri qoymuşuq» cümlələ-
rindəki «stol», «stul», «yazı taxtası», «gül
dibçəkləri» kimi söz və birləşmələr üzərində izahat
işi apararkən yaxşı olar ki, «stolun, stulun, yazı
taxtasının» hasilə gəlməsi, ümumiyyətlə taxta mə-
mulatı ilə məşğul olan adamlar – xarratlar,
dülgərlər barəsində, xarratlıq, dülgərlik peşələrinin
|