348
Фирузя Мяммядли
təsəvvürlərinin inkişaf etdirilməsi işi üçün kifayət
etmir. Bunun nəticəsidir ki, məktəblilərin, xüsusilə
ibtidai sinif şagirdlərinin
müxtəlif peşələr
haqqındakı
təsəvvürləri
günün
tələbləri
səviyyəsində deyil. Qeyd etmək lazımdır ki, bu işdə
uşaqlara peşəyönümü üzrə təlimlərin az və
sistemsiz aparılması, müəllimlərin işin aparılması
metodikasını bilməməsi,
bu sahədə metodik
əsərlərin azlığı da öz mənfi təsirini göstərir. Bütün
bunlar ümumtəhsil fənləri sferasında belə bir
metodik tövsiyyənin zəruriliyini ön plana çəkir. Bu
mənada,
şagird
əmək
tərbiyəsinin
ilkin
mərhələsində uşaqların «əlifba» və «Ana dili» kimi
dərsliklərdə rastlaşdıqları məhsuldar əməyə həsr
olunmuş materialların məzmunu və buradakı əmək
adamlarının peşə sirrlərinin açıqlanması yuxarı
siniflərdə aparılan peşəyönümünə hazırlıq üçün son
dərəcə vacib şərtlərdəndir. Kiçikyaşlı məktəblilərin
peşə
təsəvvürlərinin
inkişafında
Ana
dili
(Azərb.dili) fənninin xüsusi rolu vardır;
şüurlu
peşəseçmənin, yaradıcı əməyə nail olmağın ilkin
mərhələsi kimi, əmək və onun ən müxtəlif növləri
haqqında ilkin təsəvvürü doğma dilin norma və
qanunları ilə birlikdə mənimsəyən şagird, əməyi də
əlifba və Ana dili səviyyəsində
qanunauyğun bir
hal kimi qəbul etməlidir. Bu isə gələcəkdə bu
sahədə aparılacaq işlər üçün etibarlı zəmindir.
Azərbaycan dili dərsləri bilavasitə əmək
təlimi
ilə məşğul olmasa da, dərsin mövzusu və