350
Фирузя Мяммядли
edən istehsal vasitələrinin ən xırda detallarından
tutmuş bugünkü elmi-texniki inkişafın mürəkkəb
proseslərinədək tədrici – sadədən mürəkkəbə üsulu
ilə məlumat ala bilsinlər. Bu zaman müəllimdən
təkcə poetik imkanlara deyil,
həm də yüksək
emosiya və nitq qabiliyyətinə malik olmaq tələb
edilir. Misal üçün bizim gündəlik yeməyimiz olan
«çörək» haqqında: onun süfrələrdə görünməsi
böyüklərdə də, kiçiklərdə
də eyni dərəcədə qürur,
gələcəyə, sağlamlığa, gücə, qüvvəyə inam, sabaha
ümid yaradır.
Müəllim çörək haqqında ürək dolusu, hiss-
həyəcanla danışmağı bacarmalı,
ən zəruri həyat
amili olan bu əvəzsiz nemətin hasilə gəlməsi, ona
hörmət və məhəbbətin əsası, onun müqəddəsliyi
barədə konkret misallar gətirməklə şagirdlərə
çörəyə qayğı
və hörmətlə yanaşmaq hissi
aşılamalıdır. Uşaqlar dərk etməlidir ki, çörək insan
qüvvəsinin mərkəzləşdiricisi, xalqın rifahının əsası,
həyat mənbəyi və xoşbəxtlik simvoludur.
Dərsdə peşəyönümü işlərinin təşkili müxtəlif
formalarda aparıla bilər. Kiçik hekayə və nağıllar,
söhbətlər şifahi və yazılı çalışmaların icrası, tədris
filmlərinin
adlı-sanlı
əmək
adamlarının
portretlərinin nümayişi və s. şagirdlərə xalq
təsərrüfatının ən müxtəlif
sahələri üzrə fəhlə
peşələri ilə tanışlığa imkan verir.