492
Фирузя Мяммядли
mənada müəllim şagirdlərin diqqətini tikinti
işlərinin vacib komponentlərinə
cəlb etmək məq-
sədi ilə aşağıdakı suallarla sinfə müraciət edə bilər:
1. Tikinti işlərində zəruri olan hansı
materialları tanıyırsınız?
2. Neçə cür kərpic vardır və hansılardır?
3. Qədim dövrlərdən bizə yadigar qalan
abidələrdə hansı kərpic növü ilə rastlaşmısınız?
4. Son dövrlərdə tikinti işlərinə daha hansı
materiallar daxil olub?
5. Kərpicin necə kəsildiyini,
necə hasilə
gəldiyini bilirsinizmi?
Əlbəttə, bu sualların hər biri öz-özlüyündə
yaxşı bir söhbətin mövzusu ola bilər. Və
mümkündür ki, şagirdlər suallara dəqiq və ətraflı
cavab verə bilməsin. Belə hallarda müəllimin öz
şərhi
vacibdir.
Müəllim
konkret
olaraq
aşağıdakıları şagirdlərə çatdırılmalıdır:
1. Kərpic, taxta, mil, tir, sement, beton,
palçıq, dəmir, daş, qum, gil, su, şüşə, ağac
materialları, mərmər üzlüklər, panellər və s...
2.
Çiy kərpic, qızılkərpic və daş kərpic
(kubik).
3. Lap qədim dövrlərdən etibarən kərpicin hər
üç növündən geniş istifadə olunmuş,
abidələrdə
əsasən qızılkərpic və kubik kərpiclərlə qarşılaşırıq.
Çiy kərpicin qalıqlarına qədim istehkam və strateji
hasar qalıqlarında təsadüf olunur.