507
Сечилмиш ясярляри
lX
reaksiyanın törəmələri isə ancaq fəlakət vəd edə
bilər.
«Müəllimlik»
peşəsi barədə söhbətin bu
istiqamətdə davamından qorxub-çəkinmək lazım
deyildir. Nəzərə almaq lazımdır ki, yetişməkdə olan
gənclik bu günün hər ixtisasından olan ziyalıları və
peşə sahiblərinin ailəsindən çıxır. Bu ailələrdə daxil
olan çox müxtəlif ruhlu informasiyalarla müəllimin
dediyi qanadlı sözlər arasındakı ziddiyyət həyatı
yenicə öyrənməyə başlayan bu gənclərin çaş-baş
qalmasına səbəb ola bilər. Ona görə də onlara
həqiqəti, ancaq həqiqəti demək lazımdır.
Cümlə – sözlərin məna və qrammatik
cəhətdən
məqsədli əlaqələnməsi olub, nisbi olaraq
bitmiş fikir ifadə edən söz birləşmələridir. Söz
birləşmələri cümlə daxilində ən müxtəlif şəkildə
təzahür etdiyi kimi, cümlənin özünün də məqsədə,
intonasiya və quruluşa görə müxtəlif növləri vardır.
Fikir bitkinliyi bir
cümlə ilə ifadə olunduğu
kimi, bir neçə ilə də ifadə olunur. Bu isə mətn
yaradır. Bu mənada şagirdlərin peşə məlumatını
zənginləşdirmək məqsədi ilə cümlə konstruksi-
yalarından istifadə zəruridir. Xüsusən, peşəyönümü
istiqamətində aparılası müsahibə və söhbətlərdə
cümlələr çoxluğu bütöv mətnlər əmələ gətirir. Belə
söhbətlərin keçirilməsi üçün sual və nəqli cümlələr
fikir ifadəsində
ən əlverişli sintaktik kons-
truksiyalardır.