Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə250/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   246   247   248   249   250   251   252   253   ...   321
Фирузя Мяммядли 
«Maşinist» peşəsi məsuliyyətli olduğu qədər 
də şərəfli bir işdir. Bu iş öz sahibindən yüksək 
ixtisas, 
bacarıq 
və 
qabiliyyət, 
fədakarlıq, 
dözümlülük, iradəlilik və təmkinlilik, sürətlə, həm 
də səliqə ilə işləməyi bacarmaq kimi keyfiyyətlər 
tələb edir. Maşinst peşəsinə Texniki Peşə 
Məktəbində yiyələnmək olar. 
«Elektrik qaynaqçısı» peşəsi müasir sosial 
həyatımızın ən geniş yayılmış peşələrindəndir. 
Hazırda inşaatın elə bir sahəsi yoxdur ki, orada iş 
armatursuz keçsin. Armatur isə ancaq və ancaq 
elektrik qaynaqçısının zəhməti ilə hasilə gəlir. 
Lakin bu peşə sahiblərinin işi təkcə armaturla 
məhdudlaşmır. İnşaat işinin bütün gedişatı 
müddətində kərpicə, sementə, betona, qaldırıcı 
krana ehtiyac olduğu kimi, qaynaq işinə də ehtiyac 
vardır. Buna görə də inşaat-tikinti peşələri 
içərisində qaynaqçının xüsusi rolu vardır. Elektrik 
qaynaqçılığı təmir işlərində də, adi məişət 
qayğılarımızda da, dəmir-polad şəbəkələrin düzəl-
dilməsi, yolların, parkların, evlərin bəzək-düzək 
işində kara gələn peşədir. Elektrik qaynaqçısının 
xüsusi geyimi, üzünə tutduğu eynəkli maska ona 
əlahiddə əzəmət və görkəm verir. Böyük cəsurluq 
tələb edən bu peşə sahibindən gecə də, gündüz də 
vaxt itirmədən işləməyi, ömrü-günü ulduzlu göylər 
altında qığılcımlar qoynunda keçirməyi tələb edir. 
Buna görə də elektrik qaynaqçısının işinə yüngül iş 
demək olmaz. Son dərəcə sayıqlıq, diqqət və 


505 
Сечилмиш ясярляри 
lX 
cəsarət tələb edən bu peşəyə nail olmaq üçün onun 
özünəməxsus cəhətləri və sirləri ilə tanış olmaq 
vacibdir. Elektrik qaynaqçısı peşəsinə Texniki Peşə 
məktəblərində yiyələnmək olar. 
VII sinfin «Azərbaycan dili» dərsliyində 
verilən çalışmalarda peşəyönümü işinə imkan verən 
nümunələr az olsa da, maraqlı və xüsusi izahat 
işinə ehtiyacı olan sözlər də vardır. Qeyd etmək 
lazımdır ki, şagirdlərin əməyə müsbət münasibət 
istiqamətində 
tərbiyələnməsi işi müəlliflərin 
diqqətindən yayınmamışdır. Elə buna görədir ki, 74 
nömrəli çalışma da məzmunca bütünlüklə tarix 
boyu görkəmli şəxsiyyətlərin zəhmət, insan əməyi 
barədə dediyi mənalı sözlərə həsr olunmuşdur. Bu 
mətnin oxunması və təhlili istər linqvistik və istərsə 
də peşəyönümü baxımından son dərəcə zəruridir. 
75 nömrəli çalışmada işlənmiş «müəllim», 
«laborant» 
sözlərindən 
istifadə 
edərək, 
«müəllimlik», 
«laborantlıq» peşələri barədə 
məlumat vermək və bu peşələrin professioqramını 
təqdim etmək olar. 
Müəllimlik – bəşər tarixi yaranandan bəri 
mövcud olan peşələrin ən şərəflisi, ən müqəddəsi, 
ən vacib olanıdır. Ailədə ata-ana qayğısı, tərbiyəsi 
nə qədər vacibdirsə, cəmiyyətdə müəllim tərbiyəsi, 
müəllim nəsihəti bir o qədər zəruridir. Bütün pe-
şələrin, bütün ixtisasların öz istiqamətvericisi, öz 
yetişdirəni, öz rəhbəri vardır ki, bu da müəllimdir. 
Lap ibtidai icma quruluşunda belə ən ibtidai 


506 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin