Сечилмиш ясярляри
lX
1. Bağ məhsullarına nələr daxildir?
2.
Hansı
meyvəçilik
təsərrüfatlarını
tanıyırsınız?
3. Meyvələr barədə danışın.
4. Bostan məhsulları hansılardır?
5. Yemiş və qarpızın hasilə gəlməsi barədə nə
bilirsiniz?
6. Tərəvəz məhsullarını sayın.
7. Karftoçuluq rayonları hansılardır?
8. Noxudun əkilib becərilməsi barədə nə deyə
bilərsiniz? və s.
Vaxtın azlığını nəzərə alaraq, müəllim bu
suallardan bir neçəsini seçə və şagirdlərlə bu
barədə müsahibə keçirə bilər.
222 nömrəli çalışmanın ikinci bəndində
verilmiş «
BaĢdan ayağa qədər islanmıĢ balıqçılar
torları
sahildən
çəkməyə
baĢladılar»
cümləsindəki «balıqçı» sözünün ehtiva etdiyi peşə
informasiyası
imkanından
istifadə
etməklə
«balıqçı» peşəsi barədə məlumat vermək olar:
«Balıqçı» peşəsi bəşər tarixi qədər qədim
peşələrdən olub, insanların iqtisadi ehtiyaclarının
təmini işinə xidmət etmişdir. Lap qədimdən dəniz,
çay, göl, okean sahillərində yaşayan qəbilə, tayfa
və xalqların başlıca qida mənbəyi olan balıqçılıq
təsərrüfatları ibtidai üsullardan başlamış təkmil
texniki vasitələrin tətbiq edildiyi müasir təsərrüfat
formalarına kimi uzun bir yol keçmişdir.
498
Фирузя Мяммядли
Ölkəmizdə balıqçılıq təsərrüfatları dövlət
əhəmiyyətli istehsal birliklərindəndir.
«Balıqçı» peşəsi çətin və ağır zəhmət tələb
edən, həmçinin özünə çoxlu fədakar peşəkarlar cəlb
edən peşələrdəndir. Balıqçı olmaq üçün birinci
növbədə dənizin təbiəti ilə uyğunlaşmağı, onun
vaxtlı-vaxtsız fırtınaları, qabarma-çəkilmələri ilə
mübarizədə qalib çıxmağı bacarmaq lazımdır. Daha
sonra
balıqlar
aləminə, onların tələbatına,
növlərinə,
xalq
təsərrüfatındakı
yeri
və
əhəmiyyətinə, onların fizio-bioloji təbiətinə bələd
olmalı, nadir balıq növlərinin qorunub saxlanılması
qayğısına qalmalı, hansı növ balıqdan nə məqsədə
istifadə olunmasını dəqiq müəyyənləşdirməyi
bacarmalıdır.
Ovçuluğun bütün başqa sahələrində olduğu
kimi balıq ovu da ovçusundan öz işinə vicdan və
məsuliyyətlə yanaşmağı tələb edir. Bir çox hallarda
balıq ovunu balıq oğurluğuna çevirən brakonyerlər
balıq tutmaq işinə vəhşicəsinə yanaşmaqla təbiətin
bu əvəzsiz sərvətinə amansız zərbə vururlar. Balıq
torundan tutmuş dinamit işlətməyə kimi hər cür
vasitədən istifadə etməklə onlar ovlanması qadağan
olunan balıq növlərinə kimi məhv edir və onların
kürüsündən, ətindən möhtəkirlik məqsədləri ilə
istifadə edirlər.
Elə buna görə də meşədə heyvanların
qorunması işində olduğu kimi, suda balıqların
qorunması işi də dövlət əhəmiyyəti kəsb etmişdir.
|