503
Сечилмиш ясярляри
lX
bunlardan hər hansı biri haqqında danışmağı müəl-
limdən xahiş etsin.
Bunu nəzərə alaraq, aşağıda həmin peşələrdən
bir neçəsi barədə məlumat verməyi lazım bildik.
«Maşinst köməkçisi» əslinə qalsa, peşə
olmayıb, qatar sürücülüyü vəzifələrindəndir.
Burada peşə məsuliyyəti və peşə informasiyası
«maşinst» sözünün üzərinə düşür. «Maşinst» - yəni
qatar sürücüsü sürücülük
peşələrinin ən şərəflisi,
gəmi sürücülüyünə nisbətən xeyli cavanıdır. Qatar,
məlum olduğu kimi, keçən yüzilliyin ortalarından
üzübəri təkmilləşə-təkmilləşə gələn nəqliyyat
vasitələrindəndir. Qatar sürücülüyü işinin özü də
qatarın özü kimi samballı, ağır yüklü bir işdir. Ma-
şinistin işi təkcə qatarın
qoşa relslər üzrə hərəkəti,
stansiyalarda,
yarımstansiyalardakı
fasiləsi,
apardığı yükü, yaxud sərnişinləri salamat mənzilə
çatdırılmasından ibarət deyildir. Maşinist lazım
gəldikdə qatarın təmiri işi ilə də məşğul olmağı
bacarmalıdır. Təsadüfi deyil ki, səfərə çıxan
qatarlar hər dəfə stnasiyalarda dayananda maşinst
və onun köməkçisi
yerə düşüb paravozun
həndəvərini dolanır, onun təkərlərini, porşen və
klapanlarını dönə-dönə nəzərdən keçirirlər. Ayrı
cür ola da bilməz. Çünki səfərə nasaz çıxan qatar
nəinki
təkcə öz yükünə zərər gətirər, həm də ona
qarşı gələn qatarlarla toqquşub, ağır fəlakətlərə
səbəb ola bilər.