Фирузя Мяммядли NƏTĠCƏ VƏ TÖVSĠYYƏLƏR Orta
məktəblərdə
Azərbaycan
dili
dərsliklərinin nəzəri və praktik materiallarının
peşəyönümü imkanlarının araşdırılması aşağıdakı
nəticələrə gəlmək üçün əsas verir:
1. Azərbaycan dili dərslərində peşələrə dair
geniş miqyasda informasiya vermək imkanları
vardır. Bu imkanlardan səmərəli və keyfiyyətlə
istifadə edilməsi orta məktəbdə aparılan pe-
şəyönümü işinin reallaşmasına pozitiv təsir
göstərir.
2. Mövcud Azərbaycan dili dərsliklərində
(xüsusən, VII sinif. Azərbaycan dili) verilmiş
çalışmalar peşəyönümü işi aparmaq üçün
məzmunca kifayət qədər praktik materiallara malik
deyildir.
3. Orta məktəblərdə şagirdlərin kütləvi fəhlə
peşələrinə istiqamətləndirilməsi ümumməktəb işi
səviyyəsində bütün fənlərin və müəllimlərin birgə
işi kimi fənlərarası əlaqənin həyata keçirildiyi
şəraitdə aparıldıqda səmərəli olur.
Orta məktəb şagirdlərinin hərtərəfli inkişaf
etdirilməsi və şüurlu peşəseçməyə hazırlanması
işinin səmərəliliyini artırmaq və daha yüksək
nəticələrə nail olmaq üçün aşağıdakı tövsiyyələrin
nəzərə alınması faydalıdır:
517
Сечилмиш ясярляри lX 1. Təlim prosesində şagirdlərin kütləvi fəhlə
peşələrinə istiqamətləndirilməsi işində ayrı-ayrı
fənlərin
imkanlarını
əks
etdirən
metodik
tövsiyələrin nəşri.
2. Azərbaycan dili dərsliklərinin gələcək
nəşrlərində
veriləcək
praktik
materialların
məzmunca
peşə
informasiyası
imkanlarının
artırılması; bu məqsədlə verilən çalışmaların bir
qisminin xalq təsərrüfatının müxtəlif sahələri ilə
bağlı mətnlər əsasında qurulması məsləhətdir.
3. Mövcud Azərbaycan dili dərsliklərindəki
çalışmaların peşə informasiyası imkanlarında
nəzərə çarpan məhdudiyyətin aradan qaldırılması
üçün
aşağıdakı
yollardan
istifadə
etmək
məsləhətdir:
1. Sərbəst mövzularda inşalar:
a) ev tapşırıqları.
b) yoxlama yazı işləri.
2. Müəllim tərəfindən seçilmiş terminlərin
leksik-qrammatik təhlili istiqamətində çalışmalar:
a) evə tapşırıq şəklində.
b) dərs prosesində təhlil yolu ilə.
3. Şifahi şəkildə verilən məlumatlar:
a) müsahibə yolu ilə.
b) müəllimin şərhi ilə.
4. Peşələrə dair professioqramlar.