Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə268/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   264   265   266   267   268   269   270   271   ...   321
Фирузя Мяммядли 
Bir qayda olaraq, dil və nitq vahidlərinin 
yaradılması prosesindən danışılarkən - söz və ifadə 
yaradıcılığı bir yerdə, bir ampulada tədqiq olunur. 
Lakin yaradılan söz və ifadələrin işlədilmə 
imkanlarının - dil vahidləri şəklindəmi, nitq vahidi 
kimimi ünsiyyətə xidməti diqqətdən kənarda qalır. 
Əslində söz yaradıcılığının məhsulu leksik vahid 
kimi işləklik qazananadək müəyyən mərhələlərdən 
keçməli olur. Şübhəsiz ki, söz yaradıcılığı təkcə 
ümumişlək sözlərə aid olmayıb, dilin işlənmə 
dairəsinə görə söz qruplarının hamısını əhatə edir. 
Buraya ədəbi dil sferasında terminoloji leksikanı, 
onomologiya və frazeoloji vahidləri də daxil 
etdikdə söz yaradıcılığı məhsullarının sərhədləri 
həm sinxron, həm də diaxron istiqamətlərdə get-
dikcə genişlənir və dərinləşir. Təbii ki, frazeoloji 
vahidlərin yaradılması ümumişlək sözlərə və 
terminlərə nisbətən daha uzun sürən bir prosesdir. 
Çünki frazeologizmlər komponentlərin məca-
ziləşməsi yolu ilə sabitləşir. Hər hansı bir sözün öz 
əvvəlki mənasından uzaqlaşıb məcazi məna kəsb 
etməsi üçünsə müəyyən vaxt lazım gəlir. Bu 
mənada, söz yaradıcılığının tədqiqində diaxron 
istiqamət frazeologizmlərin öyrənilməsində daha 
effektli nəticə verə bilər. 
Dilimizdə son yüzilliyin məhsulu olan «Heç 
hənanın yeridir», «Qızılı udsa da, qara torpaqlar, 
yenə qiymətini özündə saxlar», «Soyuq məzara da 
zinətdir insan», «Yenə o bağ olaydı...» və s. kimi 


537 
Сечилмиш ясярляри 
lX 
ifadələrin frazeoloji keyfıyyət qazanması üçün ən 
azı əlli, altmış il vaxt lazım gəlmişdir. 
Bunun əksinə olaraq, YAP, MDB, AMİP və 
s. kimi abreriaturalar; 
yarışma, durum, görüntü
və 
s. kimi sözlər cəmi bir-iki il ərzində ümumişləklik 
qazanmasıdır. Bu mənada, dildə söz və ifadə 
yaradıcılığı tarixdən başlanıb gələcəyə gedən arası-
kəsilməz bir proses olub, dilin lüğət tərkibinin 
zənginləşməsində olduqca böyük rola malikdir. 
Bütün bu mülahizələrdən belə qənaətə 
gəlmək olar ki, söz yaradıcılığı yollarının 
dəqiqləşdirilməsi, sistemə salınması müasir 
dilçiliyimizin aktual problemlərindən olaraq 
qalmaqdadır. 
Müasir Azərbaycan dilində söz və ifadçə 
yaradıcılığı ilə bağlı mövcud elmi-tədqiqi 
materialların ümumi təhlili bizə imkan verir ki, bu 
problemin daha sistemli və konkret faktlara 
əsaslanan tədqiqi üzərində geniş dayanaq. 
Bu mənada dilimizdə söz və ifadə 
yaradıcılığının dörd yolunu göstərmək olar: 
1.
Leksik yolla söz yaradıcılığı 
2.
Semantik yolla söz artımı və ifadə 
yaradıcılığı 
3.
Kalka yolu ilə söz yaradıcılığı 
4.
Qrammatik yolla söz yaradıcılığı. 
 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin