Фирузя мяммядли


omonimləşməni, söz və ifadələrin mənaca



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə266/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   262   263   264   265   266   267   268   269   ...   321
 
omonimləşməni, söz və ifadələrin mənaca 
dəyişməsini 
daxil edir. 
Söz yaradıcılığının yollarından biri, bizcə ən 
başlıcası «Qrammatik yolla söz yaradıcılığı»dır. 
Qrammatik yolla söz yaradıcılığının iki üsulu - 
morfoloji üsul və sintaktik üsul - vardır. 
Qrammatik yolla söz yaradıcılığı məzmunca 
tədqiqatçılar tərəfındən birmənalı şərh edilsə də, 
bölgülərin müəyyənləşdirilməsində müəyyən fərqli 
cəhətlər özünü göstərir. Bu cəhət problemin 
şərhində çətinlik törətməsə də, söz yaradıcılığının 
yolları, üsulları, vasitələri kimi məsələlərin 
dəqiqləşdirilməsində qarışıqlığa səbəb olur. 
Professor A.Qurbanov problemi birbaşa 
«Morfoloji üsulla söz yaradılması» və «Sintiktik 
üsulla söz yaradılması» başlıqları ilə şərh edir. 
«Morfoloji üsulla söz yaradılması» bölməsində 


534 
Фирузя Мяммядли 
sözlərin 
«kök+şəkilçi», 
«əsas+şəkilçi» 
modelləşməsində yaradıldığını qeyd edir. O yazır: 
«Müasir Azərbaycan dilində morfoloji yolla 
(üsulla - M.F.), yəni şəkilçilər vasitəsilə yeni 
sözlərin yaradılması digər yollara nisbətən daha 
məhsuldardır. 
Bu, 
dilimizdəki 
sözdüzəldici 
şəkilçilərin çox zəngin olması ilə əlaqədardır». 
(1.433) 
«Sintiktik 
üsulla 
söz 
yaradılması»ndan 
danışarkən müəllif bu üsulla söz yaradılmasının iki 
üsulunu qeyd edir: 1. Leksik -sintaktik üsulla söz 
yaradılması (
istisu, ağciyər...);
2. Leksik-qrammatik 
üsulla söz yaradılması. Tədqiqatçı bu üsulu şərh 
edərək yazır: «Bu üsulla əmələ gələn sözlərdə istər 
leksik, istərsə də qrammatik şəkilçilərdən istifadə 
edilir. 
Belə 
ki, 
sözlər 
birləşdirilərkən 
komponentlərə bu və ya digər şəkilçi qoşularaq 
sintaktik əlaqə əsasında yeni söz yaranır: a)

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin