553
Сечилмиш ясярляри
lX
f)
birinci tərəfi müxtəlif hallarda olan bir
neçə isimlə ifadə olunanlar:
Məsələn,
dəryada gəmisi batmaq, gönünü suya
vermək, külünü göyə sovurmaq, abrını ətəyinə
bükmək
və s.
Göründüyü kimi, hər biri ayrı-ayrılıqda
mənaca bir leksik
vahidə ekvivalent olan bu
frazeoloji birləşmələr quruluş etibarı ilə mürəkkəb
söz strukturunda olsa da, bunların yaranma əmsalı
mənaların bu və ya başqa dərəcədə məcaziləşməsi
ilə formalaşmışdır.
Frazeoloji
vahidlər bir komponentli, iki
komponentli, üçkomponentli və s. olur. Yəni «Sö»,
«Söz+söz», «Söz+söz+söz» və s. modellərində
formalaşır. Bu modellər mürəkkəb söz modellərinə
uyğundur. Lakin professor S.Cəfərovun dediyi
kimi, mürəkkəb sözlər mənanı
müstəqim ifadə
etdiyi halda, frazeologizmlər məcaziləşmə yolu ilə
ifadə edir. Bu isə heç də o demək deyil ki,
frazeoloji birləşmələr mürəkkəb söz ola bilməz.
Mürəkkəb sözlərin leksik-semantik
və qrammatik
xüsusiyyətləri bütünlüklə frazeologizmlərdə (feli
frazeoloji birləşmələrdə) öz ifadəsini tapmışdır.
Lakin bu işimizdə məqsəd frazeoloji birləşmələrin
semantik yolla söz yaratmağa aid olduğunu təsdiq
etmək olduğu üçün quruluş məsələlərinə müdaxilə
etməyi artıq hesab edirik. Frazeoloji birləşmələrin
məcaziləşərək bir
leksik vahid kimi sabitləşməsi,
son nəticədə lüğət tərkibinə mürəkkəb söz