Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə282/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   278   279   280   281   282   283   284   285   ...   321
Фирузя Мяммядли 
səviyyəsində daxil olması söz yaratmanın semantik 
yoludur. 
Feili frazeoloji birləşmələrin yaranmasında 
iştirak edən fel tərəfı müxtəlif mənalı sözlərdən 
ibarət olub, fellərin çoxmənalılığına və ilkin leksik 
mənadan uzaqlaşıb məcazi məna kəsb etmə 
dərəcəsinə görə bir-birindən fərqli xüsusiyyətlərə 
malikdir. Belə ki, 
hərəkət felləri
- «getmək», 
«gəlmək», «keçmək», «Çıxmaq», «çatmaq», 
«düşmək», «qaçmaq» və s; 
iĢ felləri
«çəkmək», 
«vurmaq», «bükmək», «ovmaq», «əzmək», «ək-
mək» və s. 
hal-vəziyyət
bildirən «ağarmaq», 
«qaralmaq», «udmaq» və s; «ad+fel» modelində 
frazeoloji 
vahidlərin 
yaranmasında 
olduqca 
məhsuldardır. Məsələn, «ürəyi getmək», «əldən get-
mək», «irəli getmək», «əli getməmək», «əldən-
ayaqdan getmək», «üzdən getmək», «dərinə 
getməmək», «başdan getdi etmək» və s; «gözünə 
işıq gəlmək», «əlindən gəlmək», «əlinə gəlmək», 
«başına iş gəlmək», «qanı cuşa gəlmək», «ağlına 
gəlmək», «işinə gəlmək», «kələk gəlmək», «hədə-
qorxu gəlmək», «gülünc gəlmək», «acıq gəlmək» və 
s; «ürəyindən keçmək», «gözdən keçirmək», 
«iynənin gözündən keçmək», «başından keçmək», 
«ağlından keçirmək», «oddan-alovdan keçmək», 
«üzündən keçməmək», «qəlbindən keçmək» və s; 
«yaddan çıxmaq», «başa çıxmaq», «göz çıxarmaq», 
«əldən çıxmaq», «haldan çıxmaq», «canı çıxmaq», 
«yola çıxmaq», «yoldan çıxmaq», «qabağa 


555 
Сечилмиш ясярляри 
lX 
çıxmaq», «ağıldan çıxmaq», «başdan çıxmaq», 
«boşa çıxmaq», «sudan quru çıxmaq», «qohum çıx-
maq», və s; «başa çatmaq», «əli çatmamaq», «gücü 
çatmaq», «səbri çatmaq», və s; «ürəyi düşmək», 
«irəli düşmək», «əldən düşmək», «gözdən düşmək», 
«işi düşmək», «kələyə düşmək», «duyuq düşmək», 
«tələyə düşmək», «bəlaya düşmək», «fəlakətə düş-
mək», «yorğun düşmək», «xəstə düşmək» kimi feli 
frazeoloji vahidlər tərəflərin bu və ya başqa 
dərəcədə məcaziləşməsi və fellərin çoxmənalılığı 
əsasında sabitləşmiş leksik vahidlərə çevrilmişdir. 
Feli frazeoloji vahidlərin ad bildirən 
komponenti də öz lüğəvi mənasına görə 
məhsuldarlığa malikdir. Belə ki, insanın

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin