570
Фирузя Мяммядли
Yeni sözlərin yaranmasında müxtəlif qayda
və şərtlər vardır ki, bunları nəzərdən keçirmək üçün
yeni sözləri üç başlıca qrupa ayırmaq daha
məsləhətdir:
1. Düzəldilmə yaxud
qrammatik sözlər;
2. Mənaca dəyişilmə, yaxud semantik sözlər;
3. Alınma sözlər.
1. Düzəldilmə sözlər dedikdə dilin öz ehtiyatı
hesabına, öz qrammatik qayda və qanunları
əsasında, düzəldilən hər cür yeni sözlər (yəni
quruluşca həm düzəltmə, həm də mürəkkəb sözlər)
və eləcə də bir məfhum bildirən yeni
ifadələr nəzər-
də tutulur.
Düzəldilmə yeni sözlər quruluşca (yəni belə
sözlərin tərkibində olan köklərin miqdarına görə)
ya bir köklü (illik, qabaqcıllıq), ya da mürəkkəb
(beşillik, uzaqvuran, dünyagörüşü) olur.
Bir köklü
düzəltmə neologizmlər bəzi dilçilər tərəfindən
quruluşca sadə düzəldilmə neologizm adlanır.
Deməli, sadə düzəldilmə sözlər dedikdə tərkibində
bircə kök, mürəkkəb sözlər dedikdə isə tərkibində
iki və ya üç kök
olan düzəldilmə yeni sözlər
nəzərdə tutulur.
Düzəldilmə sadə sözlər bir kök və bir
şəkilçidən ibarət ola bildiyi kimi, (dilçi, seçici) bir
kök, iki və ya üç şəkilçidən ibarət ola bilər. (dilçi-
lik, yeni-lik-çi-lik).
Düzəldilmə mürəkkəb sözlər isə əksərən iki
kökdən, bəzən üç kökdən də ibarət ola bilər. Belə