563
Сечилмиш ясярляри
lX
Morfoloji üsulla söz yaradıcılığı
dildə
düzəltmə sözlərin (kök+şəkilçi), (şəkilçi+kök),
(kök+şəkilçi+şəkilçi) meydana gəlməsi ilə nəti-
cələnir.
Azərbaycan
dilində
söz
yaradıcılığı
problemlərinin ilk tədqiqatçısı kimi, prof.
S.Cəfərov sözyaratmada
morfoloji üsulun tarixi
proses olduğunu qeyd edərək göstərir ki,
öz tarixi
etibarı ilə sözlərin yaranması sintaktik yolla söz
yaradıcılığının bir mərhələsini təşkil etmişdir. Daha
doğrusu, bu proses sintaktik yolla söz yaradıcılığı
prosesindən yaranmışdır.
Müəllif sadə
sözlərdən mürəkkəb sözlərin
yaranması və sonralar mürəkkəb söz modelindəki
sözlərdən birinin şəkilçiyə
çevrilməsi yolu ilə
morfoloji prosesin yarandığını qeyd edir.
S.Cəfərov morfoloji üsulla sözyaratmanın
mahiyyətini şərh etmək üçün prosesdə iştirakçı olan
dil vahidlərini, konkret desək, yeni məna verməklə
yeni sözlərin yaranmasında mühüm rol oynayan
şəkilçilərin (leksik və leksik qrammatik) ümumi və
xüsusi cəhətlərini ətraflı tədqiq edir.
Lakin bu
zaman qrammatik və qrammatik-leksik şəkilçilərin
də əvvəlkilərlə ümumi olan xüsusiyyətlərini nəzər-
dən qaçırmır.
1
Professor S.Cəfərovun
qrammatik yolla söz
yaradıcılığı haqqındakı fikir və mülahizələri
1
S.Cəfərov. Müasir Azərbaycan diliu. B. 1970. səh.162.
564
Фирузя Мяммядли
dilimizin söz yaradıcılığı
probleminin hərtərəfli
şərhi ilə fərqlənir. Buna görə də bu yolla söz
yaradıcılığı tərəfimizdən birmənalı
olaraq qəbul
edilir.