Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə287/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   283   284   285   286   287   288   289   290   ...   321
kompüter-bilgisayar
vizual-görüntülü, tormoz-əyləc, sçetsik-sayğac, 
ostanovka-duracaq, transplantasiya-orqan kö-
çürülməsi, 
plürializm-fıkir 
mübadiləsi, 
transformasiya-çevrilmə, 
transport-nəqtiyyat 
vasitəsi, trass-ana yol, autogen-özünü təqlid, 
podyomnıy kran-qaldırıcı kran, Ģkaf-dolab
 
və s. 
Azərbaycan ədəbi dilində kalkalar ünsiyyətin 
müxtəlif sahələrində müxtəlif sıxlıqda özünü 
göstərir; ən çox elmi, ictimai-publisistik əsərlərdə 
müşahidə olunur ki, bu da üslubların miqyasca 
genişlənməsi ilə bağlıdır. 
 


562 
Фирузя Мяммядли 
 
SÖZ YARADICILIĞININ ÜSUL VƏ 
VASĠTƏLƏRĠ 
QRAMMATĠK YOLLA SÖZ YARADICILIĞI 
 
Azərbaycan dilində söz yaradıcılığının ən 
başlıca yollarından biri qrammatik yolla söz 
yaradıcılığıdır. Qrammatik yolla söz yaradıcılığının 
vasitələri sözlər, söz kökləri (kök morfem), leksik 
və leksik-qrammatik şəkilçilər (morfemlər), o cüm-
lədən köməkçi vasitə kimi qrammatik şəkilçilər və 
sözlər arasında sintaktik əlaqələrdir. 
Qrammatik 
yolla 
söz 
yaradıcılığının 
prinsipləri ilə bağlı tədqiqatçılar arasında fikir 
ayrılığı yoxdur. Ancaq söz yaradıcılığından bəhs 
edən müəlliflərin hamısı problemi «Morfoloji yolla 
(üsulla) söz yaradıcılığı» və «Sintaktik yolla 
(üsulla) söz yaradıcılığı» başlıqları altında tədqiq 
etmişlər. 
Təbii ki, həm morfoloji və həm də sintaktik 
üsul qrammatikanın şöbələri (Morfologiya və 
Sintaksis) ilə əlaqədar olub, onun tərkib hissələrini 
təşkil edir. Bu mənada, qrammatik yolla söz 
yaradıcılığının üsulları aşağıdakılardır: 
1. Morfoloji üsul 
2. Sintaktik üsul 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin