Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə291/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   287   288   289   290   291   292   293   294   ...   321
Сечилмиш ясярляри 
lX 
sözlər həm şəkilçisiz – yanaşma üsulu ilə (üçbucaq, 
beşguşə), həm də müxtəlif şəkilçi vasitəsi ilə 
(beşillik, otbiçən, sülhsevər, həlledici, uzaq-
görənlik) köklərin qovuşmasından düzəlir. 
2. Yeni sözlərin ikinci qrupunu mənaca 
dəyişilmə, yaxud semantik sözlər təşkil edir. 
Mənaca dəyişilmə sözlər dedikdə lüğət tərkibində 
əvvəldən işlədilməsinə baxmayaraq, yeni məna 
kəsb edib daha çox yeniləşmiş halda işlədilən 
sözlər nəzərdə tutulur. 
Məs, Azərbaycan dilində çoxdan işlədilən – 
yoldaĢ
– sözü bizim dövrümüzdə ictimai-siyasi 
görüş və məsləkcə kommunizm uğrunda əlbir olan 
şəxslər arasında qarşılıqlı hörmət münasibətini 
ifadə etməklə ümumiləşdirici adlandırma (mü-
raciət-xitab) bildirən sözə çevrilmişdi. Hazırda 
həmin söz yenə öz köhnəlmiş mənasına qayıtmaqla 
zövc 
və 
zövcə 
mənasında da yeni söz kimi işlənir. 
Sözlərin inkişaf tarixindən məlumdur ki, 
sözün mənasında belə dəyişmələr bir neçə dəfə ola 
bilər. Sözlərin mənasında belə dəyişmələr müxtəlif 
nəticələr verir: bəzi sözlər əvvəlki mənasını tamam 
itirmiş olur və əvvəlki mənasına görə arxaikləşir, 
yeni mənasına görə isə neologizm qrupuna daxil 
olur, bir qisim sözlər çoxmənalı, bir qisim sözlər 
isə omonim sözlərə çevrilir. 
3. Yeni sözlərin müəyyən bir hissəsini alınma 
sözlər təşkil edir. Dillərin hamısında, o cümlədən 
Azərbaycan dilində də müxtəlif növ alınma sözlər 


572 
Фирузя Мяммядли 
vardır. Hər şeydən əvvəl, bu sözlərin alınması 
həmin sözləri öz dilinin lüğət tərkibinə qəbul edən 
xalqın ümumi inkişaf tarixi və coğrafi şəraiti ilə 
üzvi surətdə əlaqədardır. 
Yeni söz – neologizm tarixi bir kateqoriyadır. 
İstifadə sahəsinə, işlədilmə dərəcəsinə və 
dilin lüğət tərkibindəki mövqeyinə görə yeni sözləri 
əsasən iki qrupa ayırmaq olar. 
1. Lisani yeni sözlər: 
2. Üslubi yeni sözlər. 
Hər hansı bir üslub sayəsində müəyyən şəxs 
tərəfindən əksərən müəyyən yazıçı və ya alim 
tərəfindən ilk dəfə işlədilən və başqaları tərəfindən, 
həmin şəxsin sözü kimi sitat halında istifadə olunan 
sözlər üslubi yeni sözlər qrupunu təşkil edir. 
Belə sözləri bəzi dilçilər xüsusi, fərdi hətta 
müəllifə məxsus neologizmlər də adlandırırlar ki, 
bunlar hamısı az-çox belə sözlərin mahiyyətini 
aydınlaşdıra bilən şərti adlandırılmalardır. Yeni 
sözlərin hamısı əvvəlcə bu qrupa daxil olur və çoxu 
tez bir zamanda bir qrupdan ikinci qrupa keçir, yəni 
belə sözlər başqalarının da ifadə etmək ehtiyacını 
ödəmək üçün əlverişli olur və başqaları tərəfindən 
də məqbul sayılıb işlədilir. Üsulbi sözlər qrupuna 
yenicə daxil olmuş, sözlərin bir qismi isə ya başqa-
sının sözünü eyni ilə işlətmək məqamında – sitat 
kimi, ya da çox məhdud halda nadir üslubi çalarlıq 
üçün bir neçə şəxs tərəfindən istifadə olunaraq, bu 
tərkibdə bir müddət qala bilir. Lakin buna 


573 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin