572
Фирузя Мяммядли
vardır.
Hər şeydən əvvəl, bu sözlərin alınması
həmin sözləri öz dilinin lüğət tərkibinə qəbul edən
xalqın ümumi inkişaf tarixi və coğrafi şəraiti ilə
üzvi surətdə əlaqədardır.
Yeni söz – neologizm tarixi bir kateqoriyadır.
İstifadə sahəsinə, işlədilmə dərəcəsinə və
dilin lüğət tərkibindəki
mövqeyinə görə yeni sözləri
əsasən iki qrupa ayırmaq olar.
1. Lisani yeni sözlər:
2. Üslubi yeni sözlər.
Hər hansı bir üslub sayəsində müəyyən şəxs
tərəfindən əksərən müəyyən yazıçı və ya alim
tərəfindən ilk dəfə işlədilən və başqaları tərəfindən,
həmin şəxsin sözü kimi sitat halında istifadə olunan
sözlər üslubi yeni sözlər qrupunu təşkil edir.
Belə sözləri bəzi dilçilər xüsusi,
fərdi hətta
müəllifə məxsus neologizmlər də adlandırırlar ki,
bunlar hamısı az-çox belə sözlərin mahiyyətini
aydınlaşdıra bilən şərti adlandırılmalardır. Yeni
sözlərin hamısı əvvəlcə bu qrupa daxil olur və çoxu
tez bir zamanda bir qrupdan ikinci qrupa keçir, yəni
belə sözlər başqalarının da ifadə etmək ehtiyacını
ödəmək üçün əlverişli olur və başqaları tərəfindən
də məqbul sayılıb işlədilir. Üsulbi sözlər qrupuna
yenicə daxil olmuş, sözlərin bir qismi isə ya başqa-
sının sözünü eyni ilə işlətmək məqamında – sitat
kimi, ya da çox məhdud halda nadir üslubi çalarlıq
üçün bir neçə şəxs tərəfindən istifadə olunaraq, bu
tərkibdə bir müddət qala bilir.
Lakin buna