568
Фирузя Мяммядли
AZƏRBAYCAN DĠLĠNDƏ YENĠ
SÖZLƏR
Neologizmlər
Dil
sistemində həmişə yeniləşmə, dəyişmə
gedir: dildə yeni sözlər yaranır, köhnə sözlər arxaik
plana keçir.
Elmin, texnikanın, kənd təsərrüfatının,
sənayenin, mədəniyyətin, incəsənətin inkişafı,
xalqın həyat tərzində baş
verən dəyişikliklər yeni-
yeni məfhumların, anlayışların yaranması ilə
nəticələnir.
Dilin inkişaf yolları və onun lüğət tərkibinin
zənginləşdirilməsi yeni yaranan sözlərin rolunu
qiymətləndirməyə əsas verir.
Məlum olduğu kimi, ədəbi dil, başlıca olaraq,
yeni sözlər hesabına zənginləşir. Neologizmlərdə
bir qayda olaraq yeni anlayışların ifadəsi öz əksini
tapır. Burada, aydın
məsələdir ki, ictimai
dəyişikliklər, elmi-texniki tərəqqi və s. ilə bağlı
meydana çıxan anlayışların dil vahidləri ilə, yəni
sözlə ifadə edilmə zərurəti başlıca rol oynayır.
Lakin neologizmlərin hamısı
eyni dərəcədə dilin
lüğət tərkibində möhkəmlənmir. Yeni yaranan, yeni
anlayışları ifadə edən sözlər öz işlənmə
intensivliyinə görə müəyyən müddətdən sonra dilin
lüğət tərkibinə daxil olur və neologizmlikdən çıxır.
N.M.Şanski göstərir ki,
yeni sözlər o halda