Kompüter ya da Bilgisayar



Yüklə 240,86 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix31.12.2021
ölçüsü240,86 Kb.
#49750
1   2   3   4
Kompüter — Vikipediya

IV nəsil (1981-dən sonrakı dövr) böyük və çox böyük 

inteqral sxem

 (BİJ, ÇBİS) texnologiyası

ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK).

Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: 

IBM PC


, IBM

XT, IBM AT 286, IBM AT 386, IBM AT 486 və s.



V və sonrakı nəsil – yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin

kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla,

keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt

sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən

yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər.

Yeni 


arxetikturaya

 və texnologiyaya malik 

neyrokompüterlər

 real 


neyronların

 əsas


xassələrini modelləşdirən 

neyron şəbəkələrinə

 əsaslanırlar. İntellektual imkanları xeyli

üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin

yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin

məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (

nüvə energetikası

kosmos



, hərbi-

müdafiə, 

seysmologiya

 və s.) tətbiq üçün kifayət etmədiyindən 

superkompüterlərin

yaradılmasına ciddi ehtiyac yaranmışdır.

Yaradicisi

1815-ci il dekabr ayının 10-da böyük ingilis şairi Corc Bayronun ailəsində bir qız dünyaya

gəldi. Adını Ada qoydular. Lap kiçik yaşlardan ailədə Adanın təhsili ilə ciddi məşğul

olurdular. Onun müəllimləri o dövrün tanınmış alimləri idilər. Adanın elmə böyük həvəsi var

idi. Balaca qız saatlarla otağında oturur, nə isə yazır, çəkir, hesablamalar aparırdı. Adanın ən

sevimli məşğuliyyəti riyaziyyat idi. 12 yaşı olanda o, uçan aparat quraşdırmışdı! Gənc

yaşlarında Ada gözəl və cazibədar olmaqla yanaşı, təbiətən çox güclü və iradəli xanım idi.

O, İngiltərənin görkəmli şəxsləri - yazıçı və alimləri ilə tanış olmuşdu. Geniş bilik dairəsinə

malik olan bu xanım məşhur elm adamları ilə ünsiyyətdə çox sərbəst idi. Adanın həyatında

ən əlamətdar hadisə isə Çarlz Bebbiclə tanışlığı oldu. Bu alim ilk hesablama maşınının

yaradıcısı idi. Çox sonralar kompüter yaradan alimlər Bebbicin bu ixtirasından

yararlanmışdılar. Ada professor Bebbicin emalatxanasına tez-tez gedirdi. Bu emalatxanada

Ada ilə tanış olmuş alimlərdən biri xatirələrində yazır: “Qonaqlar Bebbicin qəribə maşınını

çaşqınlıqla seyr edirdi. Ada isə onun iş prinsipini başa düşmüş və ixtiranın böyük

əhəmiyyətini qiymətləndirməyi bacarmışdı”. Üstəlik, Ada bu maşının köməyi ilə həll etmək

üçün məsələlər təklif edirdi. Onun təklifləri hamını, o cümlədən ixtiraçının özünü də

təəccübləndirmişdi. O vaxtdan Ada və Bebbic dostlaşdılar. Professor Adanın riyaziyyata



olan meylini dəstəkləyir, ona biliyini artırmaq üçün kitablar verirdi. Sonralar Ada və Çarlz

Bebbic arasında sıx əməkdaşlıq münasibətləri yarandı. Bebbic Adanı “rəqəmlərin

ovsunçusu” adlandırırdı. Dərin elmi biliklərlə yanaşı, incə qadın xarakterinə, yüksək zövqə

malik olan, mükəmməl musiqi təhsili almış Ada 20 yaşında ailə həyatı qurmuşdu. Amma o,

üç uşaq anası olduqdan sonra da öz sevimli işindən uzaqlaşmadı. 1842-ci ildə Bebbicin

hesablama maşını barədə mühazirələri fransız dilində ayrıca kitab kimi nəşredilmişdi.

Bebbicin xahişi ilə Ada həmin yazını ingilis dilinə tərcümə etdi. Lakin onun bir ildən çox vaxt

sərf etdiyi bu iş sadəcə tərcümə deyildi. Ada bir çox məqamlara aydınlıq gətirmiş, şərhlər

yazmış, əlavələr etmişdi. Nəticədə onun əlavələri həcmcə əsas mətndən üç dəfə artıq

olmuşdu. Əslində, Ada hesablama maşınının müfəssəl təsvirini vermiş, bu maşın üçün ilk

proqramları yaratmışdı.Məhz buna görə onu dünyada ilk proqramçı hesab edirlər. Ada

Lavleys uzaqgörənliklə qeyd edirdi ki, hesablama maşını ən mürəkkəb riyazi formulları

yaratmağa və həll etməyə qadirdir. O yazırdı: “Gələcəkdə bu maşın musiqi bəstələyə, şəkil

çəkə biləcək və elm qarşısında bizim yuxuda da görmədiyimiz yollar açacaq . Kompüterin

özünün yaradılmasından əvvəl dünyada ilk kompüter proqramını hazırlayan Ada Lavleys

tarixə kompüter əsri haqqında öncədən xəbər vermiş qadın kimi düşdü. Universal

proqramlaşdırma dillərindən biri onun şərəfinə “Adal” adlandırılmışdır.

[1] (https://www.e-der

slik.edu.az/player/index3.php?book_id=499#books/499/units/unit-1/page188.xhtml)

Müasir hesablama maşınlarını əsasən üç böyük sinifə bölmək olar:

Superkompüterlər

Meynfreymlər

Mini–EHM-lər

Superkompüter

 – çox 

prosessorlu

 hesablama sistemidir. İlk superkompüter amerikalı

elektronçu-mühəndis 

Seymur Krey

 tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompüterlərin




Yüklə 240,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin