Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


Alqoritmin aşağıdakı təsvir üsulları var



Yüklə 1,11 Mb.
səhifə59/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   55   56   57   58   59   60   61   62   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Alqoritmin aşağıdakı təsvir üsulları var:

Alqoritmin təsvir üsulları

Sözlə (təbii dillə) təsvir

Sözlə təsvir olunan alqoritmin icrası insan tərəfindən aparılır, sadə alqoritmlərin təsvirində istifadə olunur. Məsələn: iki ədədin hasilinin tapılması.



Alqoritmik dillə (proqramla) təsvir

Alqoritmin ən yığcam təsvir vasitəsidir. Alqoritmik dildə təsvir olunan proqram ilkin proqram adlanır.



Qrafik (blok-sxemlə) təsvir



Alqoritmin təsvirində ən geniş tətbiq edilən üsuldur. Bu üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı şəklində təsvir olunur. Adətən bir blok alqoritmin bir mərhələsinə uyğun olur.

*Psevdokodla təsvir

Psevdokod (yalançı kod) təbii və formal dillər arasında yerləşir, vahid şəkildə yazılış üçün nəzərdə tutulan işarə və qaydalar sistemindən təşkil olunur. Mürəkkəb alqoritmlərdə proqramlaşdırma dilində yazmazdan qabaq bu üsulla təsvir olunur.



Sözlə təsvir zamanı alqoritmin addımları təbii dil vasitəsilə ifadə olunur və addımlar nömrələnmiş sətirlər şəkilində verilir. Bu təsvir alqorimmin israsının insan tərəfindən aparıldığı halda əlverişli olur.
Misal: ax=b xətti tənliyini alqoritmik təsvir edək:
Başlanğıc.

  1. a=0 yoxlamalı. Əgər doğrudursa 5-ci, əgər yalandırsa 2-ci addıma keçməli.

  2. b- ni a-ya bölməli.

  3. Nəticəni çap etməli.

  4. Prosesi qurtarmalı.

  5. b=0 yoxlamalı. . Əgər doğrudursa 8-ci, əgər yalandırsa 6-ci addıma keçməli.

  6. «Tənliyin həlli yoxdur» mətnini çap etməli

  7. Prosesi qurtarmalı.

  8. «Tənliyin həlli sonsuzdur» mətnini çap etməli.

  9. Son.

Qrafik təsvirdə alqoritmin addımlarını göstərmək üçün müxtəlif bloklardan istifadə olunur. Qrafik təsvirə blok-sxemlərlə təsvir də deyilir. Bloklar həndəsi fiqurlar şəklində ifadə olunur. Bu təsvir zamanı aşağıdakı bloklardan istifadə olunur:




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin